Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun görkəmli şəxsiyyətləri

 

Əhməd Cavad - Əhməd Cavad 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində anadan olmuşdur. Gəncə ruhani seminariyasında (1906-1912), Azərbaycan ali pedaqoji institutunun tarix və filologiya fakültəsində (1922-1927) təhsil almışdır.

Quba Xalq Maarif şöbəsinin müdiri (1920-1922), Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Azərbaycan və rus dilləri kafedrasında müəllim, dosent, kafedra müdiri (1930-1933), Azərbaycan Dövlət Nəşriyyatının tərcümə şöbəsində redaktor (1934), "Azərbaycanfilm" studiyasında sənədli filmlər şöbəsinin müdiri (1935-1936) işləmişdir.

Şeirləri 1913-cü ildən çap edilmişdir. Yaradıcılığa lirik şeirlə başlayan şairin 1916-cı ildə "Qoşma" adlı ilk kitabı çapdan çıxmışdır. 1919-cu ildə isə "Dalğa" adlı kitabı nəşr olunmuşdur. Onun məşhur "İstiqlal uğrunda şeirlər" kitabı isə 1928-ci ildə İstanbulda buraxılmışdır.

Əhməd Cavadın həbs edilməsindən sonra mətbuatda onun əleyhinə verilmiş yazıların mahiyyətini başa düşmək üçün materialların yalnız sərlövhələrini burada xatırlamaq kifayətdir: "Sonadək ifşa etməli" (Abdulla Faruq), "Sıralarımızda düşmənlərə yer yoxdur" (Ağahüseyn Rəsulzadə), "Sıralarımızı təmizləyəlim!" (Cəfər Xəndan), "Təmizliyə başlanmalıdır!" (Məmməd Səid Ordubadi), "Amansız olmalı!" (Mir Cəlal), "Səhvlərimiz haqqında" (Səməd Vurğun), "Sayıqlığın kütləşdiyi yerdə" (Seyfulla Şamilov) və i.a. (Akademik Bəkir Nəbiyevin "Əhməd Cavad" adlı əsərindən Bakı: "Ozan" nəşriyyatı, 2004. – səh. 29).

Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən Əhməd Cavad, haqsız olaraq həbs edilmiş, dəhşətli işgəncələrə məruz qalmış, 1937-ci il cəza tədbirlərinin qurbanı olmuşdur.

******************************************************************************************************************

Molla Vəli Vidadi - 1709-cu ildə Şəmkirdə anadan olmuşdur. Şairin uşaqlığı və ilk gəncliyi də orda keçmişdir. Atası Məhəmməd ağa zəmanəsinin qabaqcıl və savadlı adamlarından biri idi. Məhəmməd ağa Səfəvilər dövründə İranda yaşayan Hәmzә sultanın nәslindәndir. Belə bir ailədə böyüyən Vidadi də uşaqlıqdan mükəmməl təlim-tərbiyə almışdır. Atasının ölümündən sonra Şəmkiri tərk edib, Qazağa köçmüşdür. O,  ilk təhsilini Şəmkirdə almış, oxumağı davam etdirmək üçün Poyluya gəlmişdir. O, ərəb, fars dillərini mükəmməl öyrənmişdir. Şair Poyludan vətəninə qayıtmayıb Şıxlı kəndinə gəlmiş, burada Əhmədağanın yanında mirzəlik, katiblik və məktəbdarlıqla məşğul olmuşdur. Məhz buna görə də o, Mola Vəli adı ilə tanınmışdır. Qıraq Salahlıda yaşayan Molla Cəbrayıl adlı bir nəfərin qızı ilə evlənərək, Şıxlı kəndində məskən salmışdır.

Şairin əsərlərindən aydın olur ki, o, bütün həyatını Şıxlıda keçirməmişdir. Müəyyən müddət Qarabağ xanlığında yaşamış, Tiflisdə İraklinin sarayında xidmət etmiş, lakin bizə məlum olmayan səbəbə görə həbs edilmiş və həbsdən qurtardıqdan sonra Şıxlıya qayıdıb ömrünün sonuna qədər orada yaşamışdır.

M.V.Vidadinin irsinin az qismi məlumdur. Feodal zülmündən, xanlıqlar dövrünün hərc-mərcliyindən doğan kədər və ümidsizlik, mənəvi tənhalıqdan şikayət Molla Vəli Vidadinin yaradıcılığının əsas motivləridir.

Humanist sənətkar olan Vidadinin yaradıclığında vətənə, zəhmətkeşlərə məhəbbət güclüdür Şairin "Dəli könül, gəl əylənmə qürbətdə", "Ey həmdəmim, səni qana qəra eylər", "Xəstə düşdüm, gələn yoxdur üstümə" kimi şeirlərində vətən həsrəti, qəriblik iztirabı səmimi və təsirlidir.

Vidadinin aşiqanə şeirləri də var. Vidadi lirikası yüksək bədii sənətkarlıq nümunəsidir. Vidadi realist təsvirə meyl edən şairlərdən olmuşdur. Bir sıra əsərləri rus dilinə və digər dillərə tərcümə olunmuşdur.

Molla Vəli Vidadi 13 may 1809-cu ildə Qazaxda, Şıxlı kəndində vəfat etmiş və Gəmiqaya adlı yerdə dəfn olunmuşdur.

******************************************************************************************************************

Leyla Bədirbəyli - 8 yanvar 1920-ci ildə Bakıda dünyaya göz açıb. Anası Bikə xanım Şəmkirdə Musa xanın qızı, atası Ağalar bəy isə həmin bölgənin kənd bəylərindən olub. 1918-ci ildə bacıları ilə birlikdə Gəncəyə, oradan isə Bakıya qaçırılan Bikə xanımın o zaman 12-13 yaşı vardı.

Leyla uşaqlığını İçərişəhər dəki evlərində keçirmişdir. Anası Bikə xanım Əli Bayramov klubuna-qadınların dərnəyinə gedirdi. Qızını da özü ilə aparırdı. Leylanın incəsənət ə marağı da o vaxtdan yaranmağa başlayır.

Leyla Bədirbəyli 1936-ci ildə 16 yaşı olarkən ilk ailesini Fərəc Cavanşirovla gurmuşdur. 1937 -ci ildə ise bu ailede Leyla ilk oğul övladını, Cavanşiri heyata getirmişdir. Onu da geyd etmək lazimdir ki, hal-hazirda Cavanşir Cavanşirov öz aile yoldaşı Elmira Cavanşirova ilə, Fəvvarəler meydaninda yerleşən, Leyla xanımın uşaglıgda yaşadıqı evde həyat sürürlər. Onların qızlarından biri Mehin Cavanşirova ise, ABŞ-da, Texasın Huyston şeherinde yaşayir.

Амма Leyla ile Fərəcin birgə ailə həyatları uzun çekmir ve bir neçe ilden sonra onlar boşanırlar. 1942-ci ildə isə Leyla Kamil Aslanova ərə gedir. 1947-ci ildə ilk qız övladı-Lalə dünyaya gəlir. 1964-cü ildə isə ikinci qızları-Bikə olur.

Gözəlliyi dillər əzbəri olan böyük sənətkarımız Leyla Bədirbəylinin həyat yoldaşı Kamil Aslanov xarici ölkələrin birində yol qəzasına uğrayır. Yağışlı havada maşın sürüşür və çevrilir. Ərini ürəkdən sevən Leyla Bədirbəyli üçün bu itkiyə dözmək çətin olur. Ancaq bu, bəs etmirmiş kimi, dərdinin üstünə bir dərd də əlavə olunur. Heç bir il keçməmiş böyük qızı Laləni Kukla Teatrının qarşısında maşın vurur. Bu iki faciədən sonra aktrisa için-için əriməyə başlayır.

******************************************************************************************************************

Yəhya bəy Dilqəm - XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Şamxor (indiki Şəmkir) rayonunun Dəllər Cırdaxan kəndində dünyaya gəlib. Təbiət gözəlliklərinə vurğun olan aşığın uşaqlığı Kür qırağında keçib. Bütün həyatı dərin sarsıntılar, ağır iztirablar içində keçən aşıq həmişə taleyindən şikayətçi olub. Gəncliyindən dərin məhəbbətlə, saf, təmiz duyğularla sevdiyi əmisi qızı ilə uğursuz məhəbbəti onun həmişəlik nisgilinə dönüb.

Özündən sonra qalan ədəbi irsi, həyatına bağlanan "Dilqəm" dastanı aşıq haqqında müəyyən məlumatlar öyrənməyə imkan yaradır. Axtarışlar göstərir ki, o, yaradıcılığa çox erkən başlayıb. Həm ifaçı, həm də yaradıcı aşıq kimi sazı və sözü daim bir-birini tamamlayıb. Dərdli aşıq məclislərdə daha çox öz şeirlərini oxuyur, küskün taleyindən şikayətlərini el-obaya bu yolla çatdırarmış. Onun çox çətin çalara, zəngin xallara və sanballı döndərmələrə malik olan "Dilqəmi" ən dəyərli saz havalarından biridir.

Aşığın dillərdə qalan şeirlərindən məlum olur ki, o, bir şair kimi dərin təbə malik imiş. Daha çox qoşma və gəraylı janrında dediyi sözlərin əksəriyyəti onun uğursuz taleyindən şikayətləridi. Aşığın yaradıcılığına nəzər yetirərkən onda Molla Pənah Vaqifin təsiri duyulur. Badi-səbaya şikayətində, gözələ, eşqə, məhəbbətə müraciətlərində bu daha çox hiss olunur. Bununla belə Dilqəmin özünəməxsus həyat amalı varmış. Aşığın fikrincə, xəyallarda təsvir edilən cənnət pəriləri, qılmanları, real həyatın özündədir. Yer üzünün gözəlləri necə varsa, şair dili ilə, eləcə də təsvir edilməlidir. Onları əfsanələşdirməyəsə ehtiyac yoxdur.

Dilqəmin yaradıcılığındakı maraqlı cəhətlərdən biri də onun seçdiyi orijinal rədif-qafiyələrdir. "Yetirmola", "Azalırmola", "Varmola" kimi neçə-neçə bəndə rədif sonluqları aşığın özünəməxsusluğundan xəbər verir.

Yəhya bəy Dilqəmin adı ilə bağlı olan "Dilqəm" dastanı da neçə illərdir ki, aşıqların dilindən düşmür. Aşığın həyatı ilə bağlı maraqlı epizodlar, gərgin, dinamik əhvalatlarla zəngin olan kövrək duyumlu bu dastan olmuş əhvalatların təsviri baxımından maraqlıdır və bəzi dastanlar kimi uydurmalardan uzaqdır. Əfsanələrdən və mübaliğələrdən daha çox real həyat həqiqətlərini sevən Dilqəmin obrazı dastanda çox bariz şəkildə təsvir edilir. Onun saf məhəbbətinə qarşı doğma əmisi qızının xəyanətləri və Yəhya bəy Dilqəmin ömrünün axırına qədər də öz eşqinə sadiq qalması "Dilqəm" dastanının ana xəttini təşkil edir. Təəssüf ki, bu gözəl dastanı tamam-kamal bilən aşıqlar azdır ki, bu da onun geniş təbliğinə ziyan gətirir.

Aşıqın şərəfinə onun doğma kəndi olan Dəllər Cırdaxan kəndində park salınmışdır.

******************************************************************************************************************

Gülxar Həsənova - 10 dekabr 1918-ci ildə Şəmkir rayonunun Bayramlı (Şəmkir) kəndində anadan olmuşdur. Bakı Teatr Texnikumunda oxumuş (1935-1937), ADU-nu bitirmişdir (1959).

G.Həsənova səhnə fəaliyyətinə Azərbaycan Gənc Tamaşaçılar Teatrında başlamışdır (1936-1942). O, Üzeyir Hacıbəyovun məsləhəti və köməkliyi ilə 1942-ci ildə Azərbaycan Dövlət Opera və Balet teatrına işə qəbul olunmuşdur. Melodik səsə malik istedadlı aktrisanın sonrakı taleyi Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsi ilə bağlı olmuşdur. O, burada parlaq, koloritli qadın obrazları yaratmışdır. 1980-cı ildən teatrın məşqçi pedaqoqu olmuşdur.

Onun ifasında Əsli, Xanəndə qız ("Əsli və Kərəm", "Koroğlu", Ü.Hacıbəyov), Şahsənəm ("Aşıq Qərib" Z.Hacıbəyov), Təravət xanım ("Bahadır və Sona", S.Ələsgərov), Anna ("Gəlin qayası", Ş.Axundova) və digər partiyalar böyük professionallığı, özünəməxsusluğu ilə seçilir. Onun yaradıcılığının zirvəsi Müslüm Maqomayevin "Şah İsmayıl" operasında yaratdığı güclü, cəsarətli Ərəbzəngi və Ü.Hacıbəyovun "Leyli və Məcnun" operasında Leyli, Leylinin anası partiyalarıdır. Səhnə fəaliyyətini bitirən G.Həsənova milli muğam operasında gənc xanəndələrə ifaçılıq sənətinin sirlərini öyrədirdi. G.Həsənova Azərbaycan Respublikasının "Şöhrət ordeni" ilə təltif edilmişdir. Gülxar Həsənova 2005-ci ildə vəfat etmişdir.

******************************************************************************************************************

 

Xuluflu Vəli Məmmədhüseyn oğlu - 1894-cü il mayın 26-da Şəmkir rayonunun Xuluf kəndində anadan olmuşdur. İbtidai təhsilini 1905-1907-ci illərdə mollaxanada almış sonra “Mədrəseyi-ruhaniyə” məktəbində təhsilini davam etdirmişdir. 1922-1927-ci illərdə Bakıda ADU –nun şərqşünaslıq fakultəsini bitirmişdir. Vəli Xuluflu “Yeni türk əlifbası ilə yazı qaydaları”, Koroğlu, İmla Lüğəti(1927), “Panislamizm, imperializm və ruhaniyyət””( 1929), “Din və qadın”(1930), “Səlcuq dövlətinin tarixi quruluşu” (1930) adlı kitabların və yüzlərlə qəzet və jurnal məqələlərinin müəllifidir.1938-ci ildə represiyanın qurbanı olmuşdur.

 

 

 

******************************************************************************************************************

 

Salmanov Fərman Qurban oğlu -  Şəmkir rayonun Morul kəndində anadan olmuşdur. Orta məktəbi yüksək qiymətlərlə başa vuran Fərman Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) geoloji-kəşfiyyat fakültəsinə daxil olur. Ali təhsilini başa vurduqdan sonra Kuzbasa neft-qaz yataqlarının kəşfiyyatına göndərilir. O tezliklə Kuzbasın heç bir neftlilik-qazlılıq potensialının olmadığı qərarına gəlir və Sovet rəsmilərinin icazə olmadan kəşfiyyat qrupundan olan könüllülərlə Sibirin Surgut bölgəsinə getməyi qərara alır. O vaxt Sovet geoloji dairələrində Sibir perspektivsiz ərazi kimi təqdim edilirdi. Rəsmi dairələr Salmanovun bu qərarına görə ona qarşı cinayət işi qaldırmaq istəyirlər, lakin komandasının tətil hədə-qorxuları hakimiyyət dairələrinin misiyaya raziliq verməsi ilə nəticələnir.

Salmanov 1961-ci ilin 21 mart tarixində Megion yatağını kəşf edir. Yatağa qazılmış ilk kəşfiyyat quyusu neft fontanı verir. Salmanov əleyhdarlarına belə bir məktub yazır: "Möhtərəm yoldaşlar, Megyonda 2180 metr dərinlikdən neft fışqırır. Aydındırmı". Salmanovun SSSR Geologiya nazirliyindəki əleyhdarları hadisənin təbii anomaliya olduğunu deyir və neft fantanın tezliklə tükənəcəyini bildirirdilər. Salmanov Üst-Balıqda ikinci neft-qaz yığımını kəşf etdikdən sonra Kommunist Partiyasının 22-ci konqresinə Sovet lideri Nikita Xuruşova məktub ünlanlayır. "Mən neft tapmışam. Bax belə". Tezliklə Sovet liderləri Salmanovun kəşflərinin əhəmiyyətini dərk edirlər və Sibir qısa müddətə ölkə iqtisadiyyatının əsas aparıcı qüvvəsinə çevrilir.

Fərman Salmanov ömrünün 50 ilini Sovet İttifaqı vı Rusiya Federasiyasının neft-qaz sənayesinə həsr etmiş, 100-dən artıq nəhəng neft-qaz yatağını kəşf və ya onların kəşfində iştirak etmişdir. Belə nəhəng yataqlardan Mamontov, Megiyon, Pravdinsk, Üst-Balıq, Surgut, Urengoy, Yamburq və s. misal göstərmək olar. 1978-ci ildən 1987-ci ilə qədər Salmanov Tümen vilayətinin neft-qaz kəşfiyyatı idarəsi "Qlavtumengeologiyaya" rəhbərlik etmişdir. 1987-1991-ci illərdə SSRİ Geologiya nazirinin birinci müavini işləmişdir. Ölümünə qədərki dövrdə isə Rusiyanın "İtera Qaz Şirkəti" prezidentinin məsləhətçisi kimi çalışmışdır.

Fərman Salmanov eyni zamanda geologiya-minerologiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü olmuşdur. Görkəmli geoloq 160-dan artıq monoqrafiya və elmi əsərlərin müəllifidir. O Xanti-Mansi və Yamalo-Nenets Muxtar dairələrinin, Surgut şəhəri və Texas ştatının fəxri vətəndaşı seçilmişdir.

******************************************************************************************************************

Keçidlər