Şriftin ölçüsü :

Saytın rəngi :

QƏSƏBƏLƏR

ÇİNARLI QƏSƏBƏSİ


Çinarlı Yaşayış məntəqəsini XX əsrin əvvəllərində Azərbaycana köçürülmüş almanlar salmış və 1931-ci ilədək Yelenendorf, sonralar Georgiyevsk, 1941-ci ildən Leninfeld, 1962-ci ildən isə Lenin adlandırılmışdır. 1947-49-cu illərdə Ermənistandan zorla qovulmuş Azərbaycanlı ailələr burada yerləşdirilmışdır. 1992-ci ildən Çinarlı adı ilə rəsmiləşdirilmişdir. Rəmzi məna daşıdığı güman edilir       Çinarlı qəsəbəsində böyük istirahət parkı, 1980-ci ildə inşa edilmiş Qələbə kompleksi, 1990-cı il 20 yanvar şəhidlərinə ucalmış abidə və hazırda çalışmayan kinoklub mövcuddur.
Coğrafiyası yaşam üçün çox gözəldir. Dağların ətəyində yerləşən bu qəsəbə, bir tərəfdən Nüzgər dağı, bir tərəfdən Şəmkir çayı, digər tərəflərdən isə Şəmkirin digər səfalı yerləri ilə əhatələnir. Havasi sərindir. Dağların havası həmişə burada hiss olunur. Qəsəbənin əhalisinin sayı 7351  nəfər təşkil edir. İqtisadiyyatın prioritet sahələri: kənd təsərüfatı, üzümçülük, şərabçılıq. Burada Şərab zavodu da mövcuddur.
Qəsəbədə həmçinin iki 11 illik orta məktəb, bir məsçid, bir xəstəxana, bir uşaq bağçası, bir şərab zavodu və bir gündəlik bazar mövcuddur.
Şəmkir Rayon  İcra Hakimiyyəti başçısının Çinarlı  qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi 2015-ci ildən bu vəzifədə çalışan Abbasov Elşin oğludur

DƏLLƏR QƏSƏBƏSİ

Şəmkir rayonunun eyniadlı qəsəbə inzibati ərazi dairəsində Şəhər tipli qəsəbə. Gəncə-Qazax düzənliyindədir. Keçmış adı Tərs Dəllər (Tərsçayın sahilində yerləşdiyinəgörə) olmuşdur. Keçmişdə Qubadlı rayonundakı Həmzəli kəndi də Dəllər Həmzəlisi adlanmışdır. Oykonimlər özündə qədim türk tayfalarından olan telelərin adını əks etdirir. Telelər VII-VIII əsrlərdə tokuzoğuz adı ilə də adlanmışlar. Qıpçaqların və xəzərlərin tərkibində Azərbaycana gəlmiş telelər dəlilər/dəllər variantında bir cox coğrafi adlarda öz izlərini saxlamışlar. Gürcüstanda Dəllər, Telavi, Ermənistanda Dalar (Dəlilər) oykonimləri də bu tayfanın adı ilə bağlıdır .Coğrafiyası yaşam üçün çox gözəldir.Qəsəbənin əhalisi 5093 nəfər təşkil edir və əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.Qəsəbədə həmçinin Bakı Oksford məktəbinin Şəmkir filialı iki 11 illik orta məktəb, bir həkim məntəqəsi, bir uşaq bağçası, bir beton  zavodu və bir gündəlik bazar mövcuddur.Şəmkir Rayon  İcra Hakimiyyəti başçısının Dəllər   qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi 2015-ci ildən bu vəzifədə çalışan Vəliyev  Müseyib İsax  oğludur.

ZƏYƏM   QƏSƏBƏSİ

        Şəmkir rayonunun eyniadlı qəsəbə inzibati ərazi dairəsində şəhər tipli qəsəbə. Gəncə-Qazax düzənliyindədir. Keçmış adı Zeykəm (Zəyəm çayının adından götürülüb, dəli-dolu deməkdir) olmuşdur. 1594- cü ildə Gəncə-Qazax quberniyasının  Zəyəm qəzası  yaranıb. 1882-ci ildə onluq və iyirmilik  qızıl sikkələr istehsal olunmuşdur. 1882-ci ildə Zəyəm Dəmiryol stansiyası tikilib. 1885-ci ildə Zəyəm orta məktəb (qızlar gimnaziyası) yaradılıb. 1930-cu ildə Zəyəm Dairəsi yaranıb burada icarayə  komitəsi, milis və məhkəmə olub.1951-ci ildə Sabirkənd, Bayramlı kəndləri  və Zəyəm qəsəbəsi  bir sovetlik olub. 1967-ci il aprelin 20-də Zəyəm şəhər tipli qəsəbə adı verilib.  Coğrafiyası yaşam üçün çox gözəldir. Qəsəbənin əhalisi 8270 nəfər təşkil edir və əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Qəsəbədə həmçinin Texnologiya Parkı, Şəmkir rayon Polis şöbəsinin  Zəyəm polis bölməsi,  2  tam  orta  məktəb, 1 xəstəxana, 1doğum evi,  1 batytarlıq məntəqəsi, 1 poçt, 1 ATS, 1 uşaq bağçası, 3özəl daş karxanası, Şəmkir musiqi məktəbinin  filialı, 1 Kitabxana, 1 mədəniyyət evi, Qaz paylayıcı stansiya, Dəmiryol stansiyası və elektrik  şəbəkəsinin  Zəyəm  yarım paylayıcı  stansiyası mövcuddur.
Şəmkir Rayon  İcra Hakimiyyəti Başçısının Dəllər   qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi 2011-ci ildən bu vəzifədə çalışan Hümbətov Valeh ismayıl oğludur.

KÜR  QƏSƏBƏSİ

           Kür qəsəbəsi,  Şəmkir rayonunun Kür çayı yaxınlığında yerləşən  şəhər tipli qəsəbədir. Düzənlikdədir. Yaşayış məntəqəsi 1975-ci ildə Şamxor SES-in tikintisi ilə əlaqədar olaraq, həmin tikintidə çalışan mühəndis-fəhlə işçiləri üçün salınmış, 1978-ci ildən isə rəsmi olaraq Kur qəsəbəsi adlandırılmışdır. Qəsəbənin adı Kür çayının adından götürülmüşdürQəsəbə  XX əsrin  70-ci illərində Şəmkir SES-in tikintisi ilə əlaqədar salınıb. Sonralar  Kür çayı  üzərində  ikinci  SES-si tikilərək, 2000-ci ildə Yenikənd  SES  istifadəyə verilmişdir  ki, bu tikintidə  də çalışanların  əksəriyyəti Kür qəsəbə  sakinləri  olmuşdur. Qəsəbənin əhalisi  hal-hazırda  8160 nəfər təşkil edir Burada yerli Şəmkir camaatı ilə yanaşı ətraf rayonlardan bu tikintidə  işləmək  üçün, köçüb  gələnlər  də  məskunlaşıblar.
 Qəsəbədə iki  tam  orta məktəb, iki  uşaq bağçası, bir  xəstəxana, bir mədəniyyət evi, bir Uşaq Gənclər İdman məktəbi, bir ATS, bir poçt, br Polis bölməsi, bir Yanğından mühafizə  xidməti və bir   gündəlik  ticarət  bazarı fəaliyyət göstərir. var və hal-hazırda Kür qəsəbəsində sovet dövründə bir neçə iri zavod və  fabriklər o, cümlədən Cihazqayırma  zavodu, Kabel zavodu, Soyuducu istehsal  edən müəsisə, toxuculuq  kombinatı  və s. fəaliyyət göstərib.                  
Şəmkir Rayon  İcra Hakimiyyəti başçısının Kür   qəsəbəsi İƏD üzrə nümayəndəsi 2015-ci ildən bu vəzifədə çalışan Əliyev Vaqif  Marif oğludur.

Keçidlər