Şriftin ölçüsü :

Saytın rəngi :

"Prezident seçkilərində biz öz balamıza səs verməyə gedirdik deyridilər"- Qaracəmirli ağsaqqalları

23 may 2018 | 16:00

"Prezident seçkilərində biz öz balamıza səs verməyə gedirdik deyridilər"- Qaracəmirli ağsaqqalları

Şəmkirin Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun Qaracəmirli kəndində olub.

Qəbulda əvvəlcə Qaracəmirli kənd İƏD üzrə nümayəndə Nazir Kamilov çıxış edib, kəndin sosial-iqtisadi durumu, əhalinin məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışıb.

Görüşdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov səmimi görüş üçün kənd sakinlərinə minnətdarlığını bildirdi, respublikamızda və rayonumuzda aparılan bu günkü hərtərəfli inkişafdan danışdı. Qeyd etdi ki, Cənab Prezident İlham Əliyevin uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə,o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur,uşaq bağçaları tikilir,sosial layihələr həyata keçirilir.

İcra başçısı bildirib ki, hazırda Şəmkir Rayon Mərkəzi Xəstəxanasının, Azfarel Balıqçılıq təsərrüfatının tikintisində son tamamlama işləri aparılır. Özəl sahəyə xüsusi diqqət yetirilir, yeni-yeni istehsal və emal müəssisələri yaradılır. Rayonda kənd təsərrüfatı, xüsusilə istilikxanalar yüksək sürətlə inkişaf edir. Bu sahədən milyonlarla manat gəlir əldə olunur.

Sonra vətəndaşların müraciətləri dinlənilib.

Kənd ağsaqqalı Sərdarov Abbas Xəlil oğlu çıxış edərək sakinlər adından 11 aprel Prezident seçkilərində qazanılan qələbə münasibətilə cənab İlham Əliyevi, eləcə də xalqımızı təbrik edib, ürək sözlərini bildirib. Abbas Sərdarov bildirib ki, ölkəmizin hər yerində olduğu kimi Qaracəmirli sakinləri də Cənab İlham Əliyevi çox sevir və onu hər zaman dəstəkləyirlər: “Prezident seçkilərində kənd ağsaqqalları səsverməyə gedəndə biz öz balamız İlham Əliyevə səs verməyə gedirik deyirdilər”.

Çıxış edən Bayramova Rəsmiyyə Sabir qızı da Cənab Prezident İlham Əliyevə uzun ömür, can sağlığı arzulayıb: “ İllərdir kəndimizdə qaz yox idi. Möhtərəm Prezidentimiz kəndimizə yeni qaz xətti çəkdirdi və bizə ikinci həyat bəxş etdi”.

Kənd Ağsaqqalı Məmmədov Raquf Mikayıl oğlu isə çıxış zamanı bildirib ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin edilib: “Cənab Prezidentimiz əhalinin sosial problemlərinin həlli istiqamətində yorulmadan fəaliyyət göstərir. Ali Baş Komandanımıza bütün işlərində uğurlar arzulayırıq”.
Daha sonra digər problemlərdən danışan sakinlər kənddə yollarının təmirinə ehtiyac olduğunu bildirdilər.

Qaldırılan məsələlər barədə əlaqədar qurumlara müvafiq tapşırıqlar verildi.

Keçidlər