Şriftin ölçüsü :

Saytın rəngi :

Cənab Prezident İlham Əliyevin şəmkirlilərə ərmağan etdiyi çoxmənzilli yaşayış binasında işlər sürətlə aparılır

17 may 2018 | 16:00

Cənab Prezident İlham Əliyevin şəmkirlilərə ərmağan etdiyi yaşayış binasında işlər sürətlə aparılır

Prezident İlham Əliyevin sərəncamları və tapşırıqları əsasında regionlarda həyata keçirilən quruculuq işləri hər bir bölgənin inkişaf strategiyasına uyğun aparılır. Yeni tikilən binalar bölgələrin simasını daha da gözəlləşdirir. İndi bütün regionlarda səngiməyən abadlıq-quruculuq işləri ölkəmizin kompleks inkişafını təmin edir. Bu sırada Şəmkir rayonunda görülən işlər də diqqəti cəlb edir.

Ötən ilin avqustunda Prezident İlham Əliyev Şəmkirə gəlişi rayonun tarixinə daha bir qızıl hərflərlə yazılan səfər kimi düşdü.

Təsadüfi deyil ki, ölkə başçısı Şəmkirə son səfərində bildirdi ki, bu gün rayonun inkişafına çox böyük diqqət göstərilir: " Bu gün Şəmkir gözəlləşir, abadlaşır və artıq ölkəmizin ən gözəl şəhərlərindən birinə çevrilib. Rayonda quruculuq işləri ilə yanaşı infrastruktur məsələləri də həll olunur."
Cənab Prezident İlham Əliyev rayonumuza son səfərindən sonra Şəmkir şəhər sakinlərinin heç vaxt unutmayacağı bir sərəncəm da imzaladı.

Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev Şəmkir şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamına əsasən Şəmkir şəhərində qəzalı vəziyyətdə olan yaşayış binalarının sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 54 mənzilli 1 yaşayış binasının tikintisi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan vəsait də ayırdı.

Hazırda həmin binanın tikinti işləri sürətlə davam etdirilir.

Sakinlər isə səbirsizliklə inşaatın sona çatacağı və yeni evlərinə qovuşacaqları günü gözləyirlər.

Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov binada aparılan tikinti işləri ilə tanış olub.

Daha sonra rayon icra hakimiyyətinin başçısı dövlət büdcəsi hesabına tikilən 8 saylı Şəmkir şəhər körpələr evi-uşaq bağçasında olub, işlərin gedişatı ilə maraqlanıb.

Alimpaşa Məmmədov eyni zamanda Hacı Zeynalabdin Tağıyev adına Kür qəsəbə 2 saylı tam orta məktəbdə aparılan təmir işləri ilə yaxından tanış olub.

Görülən işlərdən razı qalan rayon rəhbərliyi bir sıra tapşırıq və tövsiyələr verib.

.

 

Keçidlər