Şriftin ölçüsü :

Saytın rəngi :

Onların bayramı unudulmadı

17 mart 2018 | 16:00

Novruz Bayramı ilə əlaqədar Şəmkir rayonunda ənənəvi olaraq imkansız ailələrə bayram payları təqdim olunub.

Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev çıxış edərək, Azərbaycan xalqının min illərdir qoruyub yaşatdığı, mütərəqqi adət və ənənələri özündə ehtiva edən Novruz Bayramı münasibəti ilə təbrik edib, bu günlərdə ehtiyacı olan hər bir vətəndaşa kömək göstərilməsinin əhəmiyyətini xüsusi olaraq vurğulayıb. Bayram ilə əlaqədar Şəmkir rayonunda şəhid, əlil, kimsəsiz və aztəminatlı ailələrə, tənhalara və yardıma daha çox ehtiyacı olan şəxslərə ümumilikdə 1200-dən çox ailəyə bayram payları təqdim edilib.

Tədbirdə çıxış edən rayon sakinləri Novruz Bayramı münasibəti ilə göstərilən yardımlara görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər