Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Novruz Bayramı yarmarkasında

10 mart 2018 | 16:00

Bu günlər Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, o cümlədən çeşidini genişləndirməklə seçmək və əlverişli qiymətə almaq imkanının yaradılması məqsədilə, Şəmkir rayonunda kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunub.

Satış-yarmarkada yerli fermerlər və məhsul istehsalçıları tərəfindən alıcılara müxtəlif növ ərzaq və kənd təsərrüfatı məhsulları təklif edilib.

Yarmarkada əsasən, rayonda istehsal olunan ət və süd məhsulları, balıq, quş əti, yumurta, meyvə-tərəvəz, bayram çərəzləri satışa çıxarılıb.

Məhsullar alıcılara bazardakından 10-20 faiz ucuz qiymətə təklif olunur.

Rayon icra hakimiyyətinin təşəbbüsü ilə təşkil edilən yarmarka bayram ərəfəsində əhalinin ərzaq və kənd təsərrüfatı məhsullarına tələbatının daha dolğun ödənilməsi və süni qiymət artımının qarşısının alınması, fermerlərlə emal müəssisələri və alıcılar arasında əlaqə yaratmaq məqsədi daşıyır.

Şəhərin 20 yanvar küçəsində təşkil edilən yarmarkaya Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov da baxış keçirib.

Yarmarkada alıcılar, eyni zamanda satıcılarla söhbət edən icra başçısı burada onlar üçün üçün yaradılmış şəraitlə, məhsulların keyfiyyəti, sakinlərinin rəy və təklifləri ilə maraqlanıb.

İcra başçısı yarmarkada süni qiymət artımının qarşısının alınması və qiymətlərin tənzimlənməsi , satışa çıxarılan məhsulların satış qiymətinə gün ərzində nəzarət olunması üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.

Əhalinin gediş-gəlişinin sıx olduğu yerdə təşkil edilən yarmarkaya ümumilikdə 5 tondan artıq mal, qoyun və quş əti, 2 ton süd və süd məhsulları, yumurta, bal, 10 tondan çox alma və armud, ümumilikdə qoz, fındıq və şabalıd, 8 ton soğan, 15 ton kartof, həmçinin buğda, arpa, qarğıdalı, müxtəlif növ göyərtilər və digər məhsullar çıxarılıb.

Alıcılar yarmarkadakı qiymətlərdən və yaradılmış şəraitdən razı qaldıqlarını bildiriblər. Satış-yarmarkanın Novruz bayramına qədər hər həftənin şənbə və bazar günləri fəaliyyət göstərəcək.

Keçidlər