Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” Şəmkir rayonunda

18 mart 2017 | 16:00

Ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş naliyyətlərin dərindən öyrənilməsi məqsədilə keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində ekskursiyaya çıxan Qax, Balakən, Zaqatala, Kürdəmir, Ucar, Sabirabad və Saatlı rayonlarının məktəbliləri martın 18-də Şəmkir rayonuna səfər ediblər.
Tur aksiyasında Şəmkirə gələn məktəbliləri Heydər Əliyev Mərkəzində Şəmkir Rayon İcra Hakimiyyətinin əməkdaşları təhsil və mədəniyyət işçiləri qarşılayıb.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Qüdrət Əliyev çıxış edərək qonaqları salamladı və bildirdi ki, dövlətimizin başçısı təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə diqqət və qayğı göstərdiyi kimi, şagirdlərin asudə vaxtlarının səmərəli təşkili və onlarda vətənpərvərlik hissinin yüksəldilməsinin də qayğısına qalır. Elə “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyanın təşkili buna əyani misaldır.
Şəmkirdə olduqları müddət ərzində məktəblilər Heydər Əliyev Mərkəzində, Şəmkir qalasında, Bayraq Muzeyində, Alman Lüteran kilsəsində və Zəka Gənclər Mərkəzində olublar.
Tur-aksiya iştirakçıları Şəmkirdən Gəncə şəhərinə yola düşüblər.

Keçidlər