Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə Heydər Əliyevin xatirəsi anıldı

12 dekabr 2016 | 16:00

Müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin əbədiyyətə qovuşmasından 13 il ötür. Bu illər ərzində xalqımız öz Liderini bir an belə unutmamış, hər zaman onu qürur hissi ilə yad etmişdir. Çünki Ulu Öndər Heydər Əliyev xalqımızın taleyində əvəzsiz rol oynamışdır. Respublikamız öz dövlət müstəqilliyi üçün məhz Ümummilli Liderimizə borcludur. O, Azərbaycanın bütün sahələrdə sürətli inkişafı, xalqın sosial həyat səviyyəsinin yüksəldilməsi, ölkəmizin bir dövlət kimi beynəlxalq aləmdə tanınması, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün qlobal işlər gördü.Ürəyi daim xalq üçün, Vətən üçün döyünən Heydər Əliyevin parlaq ideyaları bu gün də yaşayır və qalib gəlir, işıqlı sabaha, xoşbəxt gələcəyə gedən yolumuzu nurlandırır. Dekabrın 12-də respublikamızın hər yerində olduğu kimi, Şəmkirdə də ümummilli  lider Heydər Əliyevin anım günü ümumxalq məhəbbətinin təzahürünə çevrildi.Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Şəmkir şəhərinin mərkəzində yerləşən  Ümummilli Liderin abidəsini ziyarət etdi və abidənin önünə  gül dəstələri qoydu. Sonra İcra Aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin nümayəndələri, müəssisə və təşkilatların, ali, orta ixtisas və ümumtəhsil məktəblərinin kollektivləri abidənin önünə gül dəstələri düzdülər.
Səhər saatlarından başlayaraq bütün şəmkirlilər şəhər mərkəzinə  üz tutur, ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklillər, təzə-tər güllər qoyur, onun əziz xatirəsini dərin ehtiramla yad edir, ruhuna dua oxuyurlar.

Keçidlər