Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə Dövlət Bayrağı günü qeyd edildi

09 noyabr 2016 | 16:00

Noyabrın 8-də Şəmkirdə Dövlət Bayrağı günü qeyd olunub. Tədbirdə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov, YAP Şəmkir şəhər Təşkilatı İdarə Heyətinin üzvləri və fəalları, hüquq-mühafizə orqanlarının nümayəndələri, Qarabağ veteranları, şəhid ailələri, ümumtəhsil məktəblərinin kollektivləri, məktəbəqədər təhsil müəssisələri, ziyalılar, gənclər və ictimaiyyətin nümayəndələri iştirak edib.m Azərbaycan Respublikasının Dövlət bayrağı Şəmkir şəhərinin mərkəzində yerləşən Bayraq meydanından Heydər Əliyev Mərkəzinin önünə gətirilib və burada böyük bir bayram tədbiri təşkil edilib.
Tədbirdə iştirak edən Şəmkir rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov çıxış edərək Bayraq günü münasibətilə bütün Azərbaycan xalqını təbrik edib və üçrəngli bayrağın hər bir azərbaycanlı üçün məhəbbət simvoluna çevrildiyini qeyd vurğulayaraq, ölkə başçısı İlham Əliyevin dövlət bayrağının müqəddəsliyi istiqamətində həyata keçirdiyi tədbirlərdən danışıb.
Bayram tədbirində Azərbaycan bayrağının tezliklə Dağlıq Qarabağda da dalğalanacağına əminlik ifadə olunub.
Sonra şəhərin musiqi kollektivləri Vətənə, qəhrəmanlığa həsr olunmuş konsert proqramı ilə tədbir iştirakçıları qarşısında çıxış edib.

Keçidlər