Şriftin ölçüsü :

Saytın rəngi :

Bələdiyyələr üçün seminar keçirildi

21 oktyabr 2016 | 16:00

Oktyabrın 21-i saat 11:00-da Şəmkir Rayon İcra Hakimiyyətinin iclas zalında Şəmkir rayon bələdiyyələrinin sədr, müavin və qulluqçularının seminar-müşavirəsi keçirilmişdir. Seminar-müşavirədə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının, Şəmkir Regional Ədliyyə Şöbəsinin və Rayon İcra Hakimiyyətinin bəzi məsul işçiləri iştirak etmişlər.Seminar-müşavirədə “Bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılması və korrupsiya hüquqpozmalarının qarşısının alınması” mövzusunda Ədliyyə Akademiyasının Cinayət prosesi, krimnalistika və məhkəmə ekspertizisası kafedrasının baş müəllimi, hüquq üzrə fəlsəfə doktoru, kiçik ədliyyə müşaviri Mətanət Əsgərova, “Bələdiyyə qulluğu və bələdiyyə qulluqçularının etik davranış qaydaları barədə”, “Vətəndaşların müraciətləri haqqında” Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Vəkillərin ixtisasartırma və peşəyə buraxılış fakultəsinin baş məsləhətçisi, ədliyyə müşaviri Qalib Məmmədov,  “Azərbaycan Respublikasının torpaq qanunvericiliyinin tətbiqi və bələdiyyə torpaqlarının idarə edilməsi barədə”  Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının Məhkəmə hüququ, prokror və vəkillik fəaliyyəti kafedrasının baş metodisti, I dərəcəli ədliyyə qulluqçusu Samir Nuriyev məruzə etdilər.

Daha sonra rayon bələdiyyələrində vergi və ödənişlərin avtomatlaşdırılmış məlumat sistemində işlənməsinin vəziyyəti və qarşıda duran vəzifələr haqda Şəmkir Rayon İcra Hakimiyyəti Aparatının şöbə müdiri  Abdulla Sadıqov və əməkdaşı Nicat Həsənov ətraflı məlumat verdilər.
4 saat davam edən seminar müzakirə, diskusiya şəraitində keçirildi.

Keçidlər