Şriftin ölçüsü :

Saytın rəngi :

“Şəmkir Gənclər Paytaxtı - 2016”nın təqdimatı

15 iyun 2016 | 16:00

15 iyun 2016-cı tarixində “Şəmkir Gənclər Paytaxtı 2016”nın təqdimat mərasimi keçirilmişdir.
Təqdimat mərasimində Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Azərbaycam Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sədri Fərhad Hacıyev, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, "İRƏLİ" İctimai Birliyinin sədri MirHəsən Seyidov , Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə, Gəncə-Qazax İqtisadi zonasının şəhər və rayon Gənclər və İdman idarələrinin rəisləri və Şəmkir rayon sakinləri iştirak etmişdir.
M.Ə. Sabir küçəsi boyunca Şəmkir rayonunda fəaliyyət göstərən idarə, müəsissə və təşkilatlarda çalışan gənclərin əl işləri, yaradıcılıq nümunələrindən ibarət sərgiyə baxış keçirilmişdir. Bayramsayağı bəzədilən küçə boyunca mədəniyyət, təhsil və səhiyyə sahəsində çalışan gənclər bacarıqlarını nümayiş etdirmişdir.

Keçidlər