Şriftin ölçüsü :

Saytın rəngi :

“Shamkir Chess 2016” beynəlxalq şahmat turnirinin açılış mərasimi keçirilmişdir.

25 may 2016 | 16:00

25 may- 4 iyun tarixləri arasında Şəmkir Heydər Əliyev Mərkəzində təşkil ediləcək mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr edilmiş ənənəvi "Shamkir Chess 2016" şahmat turnirinin açılış mərasimi keçirilmişdir.
Mərasimdə əvvəlcə Vüqar Həşimovun xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra, mərasimdə çıxış edən Azərbaycan Respublikasının Gənclər və idman Naziri Azad Rəhimov, Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədov, FİDE Beynəlxalq Şahmat Federasiyasının Prezidenti Kirsan İlyumjinov, Azərbaycan Respublikasının Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov, Vüqar Həşimovun atası Qasım Həşimov və digər şəxslər mərhum qrossmeysterin şahmatda qoyduğu izlər, qazandığı uğurlardan danışmış, onun xatirəsinin həmişə yaşacağını qeyd etmişlər.
Çıxışların ardından, püşkatma mərasimi keçirilmiş, rəqiblər müəyyənləşdirilmişdir.
Sonda mətbuat konfransı təşkil edilmiş, şahmatçılar jurnalistlərin suallarını cavablandırmışlar.

Keçidlər