Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan multikulturalizminin ədəbi- bədii qaynaqları” kitabının təqdimatı keçirilib

26 aprel 2016 | 16:00

26 aprel 2016- cı il tarixində Azərbaycan Respublikası Prezidentinin 11.01.2016-cı il tarixli sərəncamı ilə  elan edilmiş “Multikulturalizm ili” ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Şəmkir Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılğı ilə Şəmkir şəhərində yerləşən Alman Lüteran kilsəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nəşr etdiyi “Azərbaycan multikulturalizminin ədəbi- bədii qaynaqları” kitabının təqdimatı keçirilib. Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun nümayəndəsi Ceyhun Musaoğlu, müxtəlif icmaların rəhbərləri, din xadimləri və rayon ictimayətinin nümayəndələri iştirak ediblər.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov öz çıxışında Şəmkir əhalisinin daima multikultural dəyərlərə hörmətlə yanaşdığını, müxtəlif xalqlar və dini icmaların birgə, problemsiz yaşadığını qeyd etmiş və daima belə olacağına əminliyini ifadə etmişdir.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun nümayəndəsi Ceyhun Musaoğlu çıxış edərək, Fondun gördüyü işlər və 27.02.2016- cı il tarixində Şəmkir Heydər Əliyev Mərkəzi ilə imzalanmış əməkdaşlıq haqqında Niyyət Protokoluna əsasən Şəmkirdə həyata keçiriləcək layihələr haqqında məlumat vermişdir.
Sonda iştirakçılar üçün orqanda musiqi ifa olunub.

Keçidlər