Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilmişdir

05 fevral 2016 | 16:00

05  fevral  2016 – cı il tarixdə  Şəmkir rayon İcra hakimiyyətinin Başçısı cənab Alimpaşa Məmmədov tərəfindən vətəndaşların növbəti qəbulu keçirilmişdir.
Qəbulda rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, hüquq mühafizə orqanları, aidiyyatı idarə, təşkilat, xidmət sahələrinin rəhbərləri, İnzibati Ərazi Dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər.
Vətəndaşların qəbulu saat  09:30 – da başlamış saat 15:40 – dək davam etmişdir.Qəbula yazılmış 111 nəfər vətəndaşın müraciəti dinlənilmiş,vətəndaşlar tərəfindən edilmiş çox saylı müraciətlərin əksəriyyəti  torpaq, maddi yardım və sosial məişət məsələlərinə dair olmuşdur. Vətəndaşlar tərəfindən edilmiş cox saylı müraciətlərin bir qismi yerində həllini tapmış, digər müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülmüş və qaldırılan məsələlərin  həlli ilə bağlı aidiyyatı qurumların rəhbərlərinə və məsul şəxslərə tapşırıqlar verilmişdir.

Keçidlər