Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə “12 noyabr – Konstitusiya Günü” münasibətilə tədbir keçirilmişdir.

12 noyabr 2015 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “12 noyabr – Konstitusiya Günü” münasibətilə Heydər Əliyev Mərkəzində tədbir təşkil olunmuşdur.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
İlk öncə tədbir açıq elan olunaraq Azərbaycan Respublikasının dövlət himni səsləndirilmiş və sonra Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Fəxrəddin Vəliyev tıxış edərək Konstitusiya Günü münasibətilə toplantı iştirakçılarını təbrik etmişdir.
Tədbirdə müstəqil Azərbaycanın demokratik dəyərlərə əsaslanan əsas qanununun qəbul olunmasında ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətləri önə çəkilmiş, ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə demokratik dövlət quruculuğu sahəsində qazanılan nailiyyətlərdən geniş bəhs edilmişdir.
Daha sonar tədbirdə çıxış edənlər 20 il bundan əvvəl – 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının ilk milli Konstitusiyasını beynəlxalq hüquq normalarına uyğun, insan hüquq və azadlıqlarına geniş yer ayıran mükəmməl normativ - hüquqi sənəd kimi dəyərləndirmişlər. Milli dövlətçiliyimizin formalaşması və inkişafında Konstitusiyanın müstəsna xidməti və əhəmiyyəti olduğu bildirilmiş, əsas qanunun qəbul olunmasından ötən dövrdə Azərbaycanda demokratik və hüquqi dövlət quruculuğu sahəsində böyük uğurların qazanıldığı, mühüm qanunvericilik aktlarının qəbul edildiyi xüsusi vurğulanmışdır.

Keçidlər