Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə Novruz bayramı qeyd olundu.

19 mart 2015 | 16:00

Xalqımızın xeyirxahlıq, mehribanlıq və qonaqpərvərlik kimi gözəl hisslərini təqdim edən ən əziz bayramı - Novruz bayramı Şəmkir rayonunda  geniş qeyd olundu.
Bayram münasibəti ilə Şəmkir  rayonu Bayraq meydanında geniş bayram tədbiri təşkil olundu.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısı cənab Alimpaşa Məmmədov, rayonun  hüquq mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri və rayon ictimaiyyəti  iştirak edirdilər.
Rayon rəhbərliyini qarşılayan Bahar qızı hamını Novruz Bayramının gəlişi ilə təbrik etdi. Sonra ənənəyə uyğun olaraq tonqal qalandı. Rayon rəhbərliyini və qonaqları təşkil olunmuş tədbirdə Bahar qızı, Keçəl və Kosa müşayiət etdi.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov hamını bu gözəl bayram münasibəti ilə təbrik etdi, xoş arzularını bildirdi. Qeyd etdi ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin milli mənəvi dəyərlərimizə həmişə böyük hörmətlə yanaşıb, adət-ənənələrimizin qorunub saxlanmasına daim diqqət və qayğı göstərib. Azərbaycan Respublikasının Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz müstəqillik, demokratiya yolu ilə inamla addımlayaraq bütün sahələrdə geniş islahatlar proqramını həyata keçirir, dünya birliyinə uğurla inteqrasiya edir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva xalqımızın milli varlığını özündə yaşadan maddi-mənəvi və intellektual irsə böyük həssaslıqla yanaşır, mədəniyyətimizin dünyada təbliğində böyük işlər görür.
Şənlik folklor nümunələrinin nümayişi ilə yadda qaldı. Xalqımızın adət-ənənələri, ayin və mərasimləri canlandırıldı. Rəqqaslar milli musiqinin sədaları altında oynaq rəqslər ifa edib, məktəblilər şeir oxuyub, gənc pəhləvanlar meydan mübarizəsinə çıxdılar. Onlardan geri qalmayan kəndirbazlar da öz məharətlərini göstərdilər. Tədbir iştirakçılarını Novruz şirniyyatına qonaq edildilər. Keçəl və Kosanın şən zarafatları insanların üzündə təbəssüm yaradırdı.Tədbir “Şəms” qrupunun  bayram  konserti ilə davam etdirildi.

Keçidlər