Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə növbəti ağac əkmə aksiyası keçirilmişdir.

18 mart 2015 | 16:00

18 mart 2015 – ci il tarixdə “İDEA”  İctimayi Birliyi tərəfindən həyata keçirilən “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində respublikanın digər şəhər və rayonlarında oldugu kimi Şəmkir rayonunda da 13570 ədəd müxtəlif növdə ağaclar əkilmişdir. Ağac əkimində Şəmkir rayon İcra Hakimiyyəti başçısı aparatının işçiləri, rayon ziyalıları, yerli təşkilatların nümayəndələri, şəhər və kənd  sakinləridə bu təşəbbüsə qoşularaq həvəslə iştirak ediblər.
Təmiz ekoloji mühitin yaradılması və yeni yaşıllıqların salınması üçün rayonun Sarıtəpə kəndi, Bayraml kəndi və Zəyəm qəsəbəsi ərazisinə əkilən ağacların suvarılması üçün xüsusi su maşınları cəlb olunmuş,  xüsusi səliqə ilə əkilən tinglərin dibləri bərkidilib və suvarılmışdır.Sonda əkilən ağacların mühafizəsi və mütəmadi olaraq qulluq göstərilməsi məqsədilə zəruri tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.

Keçidlər