Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə Beynəlxalq Mülki Müdafiə Günü ilə bağlı tədbir keçirilmişdir.

27 fevral 2015 | 16:00

“1 Mart - Beynəlxalq Mülki Müdafiə Günü” ilə bağlı Şəmkir rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə C. Rüstəmov adına tam orta məktəbdə təlim keçirilmişdir. Təlimdə Şəmkir rayon İcra Hakimiyyəti Başçısının birinci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Qüdrət Əliyev,Şəmkir rayon Polis şöbəsinin müavini Yaşar Hüseynov, Şəmkir rayon Təhsil və Səhiyyə, Qaz İstismar İdarəsi və “Şəmkir Elektirik Şəbəkə”nin işçiləriləri iştirak etmişdir. Məktəbdə keçirilən təlimin nəzəri hissəsində şagirdlərlə maarifləndirici söhbətlər aparılıb, fövqəladə hallar zamanı istifadə olunan avadanlıqlar nümayiş etdirilib. Daha sonra şərti xəbərdarlıq siqnalı ilə məktəbdə “zəlzələ” həyəcanı elan olunub. Məktəblilər zəlzələ zamanı təhlükəli zonadan təxliyə olunma qaydalarını, yaralanmış şəxslərə ilkin tibbi yardımın üsullarını nümaiş olunmuşdur. Şagirdlərin təlimatlandırılması və maarifləndirilməsi məqsədilə məktəbə yanğınsöndürənlər, xilasedicilər və təcili tibbi yardım heyəti cəlb olunmuşdur.

Keçidlər