Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə Xocalı faciəsinin 23 - cü ildönümü qeyd olundu.

26 fevral 2015 | 16:00

Şəmkir rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şəmkir şəhər Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 23-cü ildönümü qeyd olundu.
Əvvəlcə tədbir iştirakçıları “Şəhidlər Xiyabanı”nda yerləşən soyqırım abidəsini ziyarət etmiş, abidənin önünə tər güllər düzmüşlər.
Tədbir,  Şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Daha sonra  Şəmkir rayon İcra Hakimiyyətinin müavini Sona xanım Əliyeva çıxışında      23 il əvvəl Xocalıda baş verən insanlığa zidd qətliamdan danışıb. O qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə Xocalı şəhərinə hücum edib silahsız və köməksiz dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşayiət olunan soyqırımı aktı həyata keçirmişdir. Xocalı şəhərində törədilmiş qırğın zamanı 613 nəfər dinc sakin qəddarlıqla qətlə yetirilmişdir ki, onların 83-ü uşaq, 106-sı qadın, 70-i qoca olmuşdur. Şəhərdə 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Dəhşətli faciə zamanı 487 nəfər yaralanmış, 1275 nəfər girov götürülmüş, 150 nəfər itkin düşmüşdür ki, onların çoxunun aqibəti indiyədək heç kimə məlum deyildir.
Tədbirdə daha sonra Xocalı haqqında “Məhv edilmiş Şəhər” filmi izlənmiş, orta məktəb şargidlərinin hazırladığı bədii kompozisyaya baxılmışdır.

Keçidlər