Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

09 noyabr 2021 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi adından bütün xalqımızı, xaricdə yaşayan həmvətənlərimizi, Şəmkir sakinlərini “9 Noyabr-Dövlət Bayrağı Günü” münasibətilə təbrik edir, qürur mənbəyimiz, milli iftixarımız, and yerimiz olan şanlı Üçrəngli Bayrağımızın ucalardan da ucada dalğalanmasını arzulayırıq.

Nə xoş ki, 30 illik həsrətdən sonra Dövlət Bayrağı Gününü qalib, bütöv Azərbaycanla qeyd edirik.

Əziz xalqımız,

Dövlət Bayrağımız müstəqilliyimizin simvolu olaraq hər bir Azərbaycan vətəndaşı üçün ali dövlətçilik rəmzlərindəndir, tariximizə, milli-mənəvi dəyərlərimizə və ümumbəşəri ideallara sadiqliyimizi əks etdirir. Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan Cənab İlham Əliyevin qarşıya qoyduğu tapşırığı yerinə yetirərək 44 günlük Vətən Müharibəsində ərazi bütövlüyümüzü bərpa etdi və bu gün qürur mənbəyimiz olan üçrəngli bayrağımız artıq Qarabağ torpağında da dalğalanır.

Bu xoşbəxt və qürurlu günləri bizə yaşadan şəhidlərimizə allahdan rəhmət, qazilərimizə isə şəfa diləyirik.

“100 il əvvəl himnimizdə yazıldığı kimi, minlərlə can qurban oldu, sinən hərbə meydan oldu, hüququndan keçən əsgər, hərə bir qəhrəman oldu”.

Bayramınız Mübarək!!!

Keçidlər