Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə “8 Noyabr-Zəfər Günü” təntənəli qeyd olunub- FOTOLAR

08 noyabr 2021 | 16:00

Şəmkir rayonunda “8 Noyabr-Zəfər Günü”nə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, rayonun hüquq mühafizə orqanlarının, idarə müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak ediblər.
İcra başçısı və tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstləri düzüblər.

Daha sonra Bayraq Meydanında təntənəli bayram tədbiri keçirilib.

Dövlət himninin səslənməsi ilə açıq elan olunan tədbirində Vətən uğrunda canından keçən qəhrəman oğul və qızlarımızın xatirəsi bir dəqiqlək sükutla yad edilib.

Çıxış edən Şəmkir RİH başçısı Rəşad Tağıyev Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Şanlı Azərbaycan ordusunun qazandığı Zəfər tarixindən danışıb.


İcra başçısı bildirib ki, məhz bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ermənistan üzərində şanlı qələbə qazandığını dünyaya bəyan etdi. Həm də cəmi 44 günə: "Azərbaycan xalqı bu qələbəni, bu tarixi günü, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Və nəhayət o gün gəldi və Müzəffər Ali Baş Komandanın rəhbərlliyi ilə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın”.

“8 noyabr zəfər günü” və “9 noyabr Dövlət Bayrağı Günü” münasibətilə şəmkirliləri səmimi qəlbdən təbrik edən icra başçısı Vətən müharibəsində əsas vəzifəni yerinə yetirən gənc nəsil arasında Şəmkir gənclərinin olmasının qürverici bir hiss olduğunu vurğulayıb: “44 günlük müharibənin əsas qəhrəmanlarından olan məhz həmin gənclərimiz, gənc hərbçilərimiz fədakarlıq və qəhrəmanlıqları ilə tarix yazıdılar. Vətən Müharibəsində də Şəmkirin qəhrəman balaları canları, qanları ilə “Vətən Sağ Olsun” dedilər və şəhidlik zirvəsinə ucaldılar, qazi oldular. Bu qəhrəman oğullarımızın döyüş ruhu və əzmkarlığı bizə qələbə qazandırdı. Yaralanan əsgərin yarası hər bir azərbaycanlının yarasıdır. Hər bir şəhid xalqın unudulmaz qəhrəmanıdır”.

Tədbirin sonunda Şəmkir şəhər Şəhidlər Xiyabanında ağazcəkmə aksiyası keçirilib.

Keçidlər