Şriftin ölçüsü :

Saytın rəngi :

28 YAŞLI GƏNC ŞƏMKİR RİH-DƏ VƏZİFƏYƏ TƏYİN OLUNDU

15 fevral 2021 | 16:00

Sabirkənd kənd İnzibati ərazi dairəsi üzrə nümayəndənin müavini vəzifəsinə təyinat baş tutub.

Belə ki, Əliyev Sənan Zöhrab oğlu Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Sabirkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində müavin vəzifəsinə təyin edilib.

Sənan Əliyev 1993-cü ildə Sabirkənd kəndində anadan olub. Lənkaran Dövlət Universitetini bitirib.

Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından S.Əliyevi təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq!

 

Keçidlər