Şriftin ölçüsü :

Saytın rəngi :

İCRA BAŞÇISI GƏNCLƏRƏ TƏBRİK MƏKTUBU YAZDI

02 fevral 2021 | 16:00

Gənc və gələcək sözləri həm deyilişdə, həm mahiyyət etibarilə bir-birinə o qədər yaxın ifadələrdir ki, zamanın iti axarı, məkanın virtual ölçüsü bu adlar qoşa çəkiləndə gerçək görünür.

Əziz gənclər!

Bu gün hər birimizin ana Vətəni olan Azərbaycan üçün çalışmağımızın bir məqsədi var: ölkəmiz güclü olsun!

Sevindirici haldır ki, bu məqsəd üçün ölkəmizdə kifayət qədər güclü gənclik potensialı var. Onlar ölkəmizin gələcək hədəfləri haqqında düşünür, çalışır və yarışırlar. Demək olar ki, hər gün görüşdüyüm bu cür gənclərlə tanışlığa səbəb onların qurucu, yaradıcı fikirləri, vətənpərvərlik duyğuları, vətən sevdası ilə əldə etdiyi uğurlar-Azad Azərbaycan, Azad Qarabağdır!

Bu gün Ali Baş Komandanın ətrafında sıx birləşən Siz gənclərin şücaəti ilə doğma Azərbaycanımızın ərazi bütövlüyü təmin olundu, işğal edilmiş torpaqlarımız azadlığa qovuşdu.

Gənclər günündə Vətənimizin azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin xatirələrini ehtiramla anır, qazilərimizə allahdan şəfa diləyirik!

Gənclər Gününüz, Şanlı Zəfər Qələbəniz mübarək, əziz gənclər!

İnanıram ki, gənclik həvəsi ilə bundan sonra da bütün sahələrdə Vətənə ləyaqətlə xidmət edəcək, Azərbaycanımızın inkişafı üçün əlinizdən gələni əsirgəməyəcəksiniz!

HÖRMƏTLƏ,

Şəmkir Rayon İcra Hakimiyyətinin Başçısı Alimpaşa Məmmədov

 

Keçidlər