Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir Regional Qaz İstismarı idarəsinə yeni rəis təyin edilib

17 sentyabr 2020 | 16:00

“Azəriqaz” İstehsalat Birliyində kadr dəyişikli olub.

Belə ki, Fariz Rza oğlu Məmmədov Birliyin Şəmkir Regional qaz istismarı İdarəsinin rəisi təyin edilib. Bu barədə Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev müvafiq əmr imzalayıb.

Fariz Məmmədov bu təyinata qədər “Azəriqaz” İstehsalat Birliyinin Gəncə Regional Qaz İstismarı birliyinin rəisi vəzifəsində çalışıb.

Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Şəmkir Regional Qaz İstismarı idarəsinin yeni rəisini qəbul edib. 

Alimpaşa Məmmədov ilk öncə F. Məmmədovu təbrik edərək, ona şərəfli və məsuliyyətli işində uğurlar arzulayıb.

Yeni təyinat almış F.Məmmədov da öz növbəsində Alimpaşa Məmmədova və bütün şəmkirlilərə göstərilən dəstəyə və diqqətə görə təşəkkürünü bildirib, Şəmkirə layiqli xidmət göstərəcəyi, şəmkirlilərin etimadını qazanacağına əmin olduğunu vurğulayıb.

Keçidlər