Şriftin ölçüsü :

Saytın rəngi :

VƏZİFƏYƏ TƏYİN OLUNAN 30-CU KÖNÜLLÜ

10 sentyabr 2020 | 16:00

ŞƏMKİR RİH-DƏ YENİ TƏYİNAT

Daşbulaq Kənd İnzibati ərazi dairəsi üzrə nümayəndənin müavini vəzifəsinə təyinat baş tutub.

Belə ki, Yusifov Elpərəs Salman oğlu Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Daşbulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində müavin vəzifəsinə təyin edilib.

Elpərəs Yusifov 1988-ci ildə Şəmkir şəhərində anadan olub.

Azərbaycan Dövlət İqtisad Universitetinin inzibati idarəetmə, iqtisadiyyatın hüquqi tənzimlənməsi fakültəsini bitirib.

Qeyd edək ki, Elpərəs Yusifov Şəmkir RİH-də könüllü olub işlə təmin olunan 30-cu gəncdir.

Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından E.Yusifovu təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq!

Keçidlər