Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir şəhərində yaşıllıqların suvarılması diqqət mərkəzində saxlanılır

09 sentyabr 2020 | 16:00

Şəmkir şəhərində ekoloji vəziyyətin sağlamlaşdırılması, yeni-yeni park və yaşıllıq zonalarının salınması ilə yanaşı, həm də onların qorunması üçün zəruri tədbirlər həyata keçirilir.

Şəhərimizin əhalisinin ən çox üz tutduğu məkanlar olan parklar isti yay günlərində həm də xüsusi qayğı tələb edir.

Yaşıllıq zonalarının suvarma suyu ilə təminatı üçün digər su mənbələri ilə yanaşı subartezian quyularından da səmərəli istifadə edilir. Bu məqsədlə şəhərin yaşıllıqlarını suvarma suyu ilə təmin edən subartezian quyularının işlək vəziyyətdə saxlanılması daim diqqət mərkəzindədir.

Bu günlərdə Şəmkir şəhərində yerləşən Mərkəzi parkın yaşıllıqlarını suvarma suyu ilə təmin edən subartezian quyusunda yaranmış mövcud problem aradan qaldırılmışdır. Belə ki, su quyusunda nasaz vəziyyətə düşmüş mator təmir edilərək subartezian quyusu yenidən istismara verilmişdir.

Şəmkir şəhərinə xüsusi gözəllik bəxş edən 14 hektardan çox ərazini əhatə edən Mərkəzi parkı suvarma suyu ilə təmin edən 3 ədəd subartezian quyusunun daimi işlək vəziyyətdə saxlanması tam nəzarətdədir.

Hamımızın birgə evi olan doğma şəhərimizin yaşıllıqlarını qoruyaq ki, gələcəyimiz sağlam təməllər üzərində dayansın.

Keçidlər