Şriftin ölçüsü :

Saytın rəngi :

DƏLLƏR CIRDAXAN KƏNDİNƏ YENİ İCRA NÜMAYƏNDƏSİ TƏYİN EDİLDİ

30 iyul 2020 | 16:00

Belə ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Abbasov Vüsal Tofiq oğlu Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Dəllər Cırxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilib.

Vüsal Abbasov 12 noyabr 1973-cü ildə Şəmkir rayonun Dəllər Cırdaxan kəndində anadan olub. Azərbaycan Dövlət İqtisad İnstitutunu bitirib.

V.Abbasov bundan öncə Azərbaycan Beynəlxalq Bankının Şəmkir filialında Əməliyyat Şöbəsində aparıcı mütəxəssis vəzifəsində çalışıb.

Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Vüsal Abbasovu təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq!

Keçidlər