Şriftin ölçüsü :

Saytın rəngi :

Son illər Şəmkir rayonda taxılçılığın inkişaf istiqamətində mühüm addımlar atılıb

24 iyun 2020 | 16:00

Şəmkir rayonunda taxıl biçininin mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması üçün bütün qüvvələr səfərbər edilib.

2020-ci təsərrüfat ili üçün rayon ərazisində 14 min 202 hektarda taxıl səpini həyata keçirilib. Zəmilərin 9 min 93 hektarı buğda, 5 min 109 hektarı isə arpadır.

Hazırda rayonda taxıl biçini uğurla davam edir. Biçin kampaniyasına 40 kombayn cəlb olunub. Bu günədək 3 min 247 hektar arpa, 330 hektar buğda zəmisində biçin aparılıb, 10 min 962 ton məhsul tədarük edilib. Hektarın orta məhsuldarlığı buğda zəmilərində 35 sentner, arpa sahələrində isə 30,2 sentnerdir.

Qeyd edək ki, son illər Şəmkir rayonda taxılçılığın inkişaf etdirilməsi, məhsul istehsalının artırılması istiqamətində mühüm addımlar atılıb.

Keçidlər