Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİRDƏ UŞAQ FUTBOLUN İNKİŞAFI ÜÇÜN YENİ İMKANLAR YARADILACAQ

11 yanvar 2020 | 16:00

Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Şəmkirdə futbolun, xüsusilədə uşaq futbolunun inkişafı məqsədilə rayonun futbol mütəxəssisləri, məşqçiləri ilə görüş keçirib.

Görüşdə çıxış edən Alimpaşa Məmmədov “Şəmkir” Futbol Klubunun keçdiyi şanlı tarixdən, qazandığı uğurlardan danışıb, futbolun Şəmkirdə çox sevildiyini, uşaqdan tutmuş böyüyə kimi hər kəsin futbolla nəfəs aldığını bildirib.

İcra başçısı qeyd edib ki, bu sevginin qarşılığında təməli möhkəm bir klub yaratmaq üçün diqqəti əvvəlcə uşaq futboluna yönəltmək lazımdır: “Çünki rayonda futbolun inkişafına dəstək, böyüməkdə olan gənc nəslin sağlam ruhda tərbiyə olunması, futbol azarkeşləri və ümümilikdə bütün rayonda ictimai fəallığın təmin edilməsi üçün bu vacib şərtlərdəndir”.

Şəmkir rayon Gənclər İdman İdarəsinin rəisi Emin İsmayılov da idarənin nəznində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin futbol komandalarının uğurlarından danışıb, iştirak etdiyi çempionatlardakı çıxışlarından danışıb.

Daha sonra futbol ictimaiyyəti tərəfindən rayonda futbolun inkişaf etdirilməsi üçün konkret təkliflər səslənib, uşaq futbolunun yaradılması, futbol mütəxəssislərinin peşə hazırlığının artırılması və digər vacib problemlər barədə söhbət açılıb.

Keçidlər