Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİRDƏ BARAMAÇILIĞIN İNKİŞAFI MƏQSƏDİLƏ 49 MİN TUT TİNGİ ƏKİLƏCƏK

05 dekabr 2019 | 16:00

Şəmkirdə baramaçılığın inkişafına xüsusi diqqət yetirilir. Rayonda bu sahədə aparılan izahat-təbliğat işləri, fermerlərə hərtərəfli dəstək artıq öz bəhrəsini verməkdədir.

Bu günlərdə Çin Xalq Respublikasından ölkəmizə gətirilmiş 1 milyon ədəd tut tingindən 40 mininin Şəmkir rayonu ərazisində əkilməsi nəzərdə tutulub. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən 9 minə yaxın yerli tut tinginin əkilməsi də yaxın zamanda həyata keçiriləcək.

Rayon icra hakimiyyətinin bölgüsü əsasında qəsəbə və kəndlərdə tut tinglərinin əkilməsinə start verilmişdir.

Qeyd edək ki, bölgü əsasında təsərrüfatlara, barama istehsalçılarına əvəzsiz olaraq paylanılan tingləri Çin texnologiyası əsasında əkilir. Sahələrin hazırlanması və əkin işləri mütəxəssislərin nəzarəti altında aparılır.

Keçidlər