Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİR MƏKTƏBLİLƏRİ QƏBƏLƏDƏ

19 noyabr 2019 | 16:00

Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində respublikamızın şimal-qərb bölgəsinə səyahətə çıxan Şəmkir məktəbliləri Qəbələ rayonunun müasir istehsal müəssisələri, tarixi məkanları, turizm və istirahət mərkəzləri ilə tanış olublar.

Əvvəlcə Qəbələdə ağacəkmə aksiyasında iştirak edən məktəblilər, daha sonra Yengicə kəndində səfər ediblər.
Məktəblilərin Qəbələ ilə tanışlığının növbəti ünvanı Nohurgöl olub.

Məktəblilər Qəbələ şəhərini və ətrafdakı çayları, meşələri, gözəl mənzərəni seyr edib, xatirə şəkli çəkdiriblər.

Keçidlər