Şriftin ölçüsü :

Saytın rəngi :

Xantı-Mansidən start götürən mediaekspedisiya iştirakçıları Şəmkirə gəlib

07 oktyabr 2019 | 16:00

Fərman Salmanovun xatirəsinə sentyabrın 16-dan Rusiya Federasiyasının Xantı-Mansi Muxtar Dairəsindən start götürən “Neftin yolu” adlı mediaekspedisiya iştirakçıları Şəmkirə gəlib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) də qoşulduğu ekspedisiya üzvlərini Şəmkir Heydər Əliyev Mərkəzinin qarşısında rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev qarşılayıb.

İcra başçısının birinci müavini qonaqları salamlayıb və Şəmkir rayonu haqqında ətraflı məlumat verib, görüş iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

Mediaekspedisiya çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nümayəndələri, Yuqra Dövlət Universitetinin rektoru Tatyana Karminskayanın və Ufa Dövlət Neft Texniki Universitetinin nümayəndələri və hər iki universitetin bir qrup tələbəsi Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə Fərman Salmanovun adını daşıyacaq məktəbdə olublar.

Sonra ekspedisiya üzvləri Şəmkir Tarixdiyarşünaslıq muzeyi və rayonun tarixi abidələrinə baş çəkiblər.

Sonda qonaqlara Şəmkirlilər adından hədiyyələr təqdim olunub..

Qeyd edək ki, “Neftin yolu” adlı mediaekspedisiya Azərbaycanda oktyabrın 12-dək davam edəcək.

 

Keçidlər