Şriftin ölçüsü :

Saytın rəngi :

“Şəmkir Gİİ UGİM” komandası 8 klub arasında 2-ci oldu

07 oktyabr 2019 | 16:00

“Şəmkir Gİİ UGİM” komandası 8 klub arasında 2-ci oldu

Mingəçevir Şəhər Stadionunda futbol üzrə 2004/2005-ci il təvəllüdlü oğlanlar arasında oyunların final mərhələsi keçirilib.

Yarışda Mingəçevir, Şəmkir, Şirvan, Qax, Oğuz, Sumqayıt, Astara, Biləsuvar komandaları iştirak edib.

Yarışın ilk günündə rayonumuzu təmsil edən “Şəmkir Gİİ UGİM” komandası bütün rəqiblərini mübarizədən kənarlaşdıraraq finala vəsiqə qazanıb.

Komandamızın finaldakı rəqibi Mingəçevir futbolçuları olub. Minumal hesablı qələbə qazanan ev sahibləri yarışın qalibi, komandamız isə gümüş mükafatçı olub. 3-cü yerə isə Şirvan komandası sahib çıxıb.

Bu qələbə münasibəti ilə Şəmkir komandasını təbrik edirik və uğurlarının davamlı olmasını arzulayırıq.

Keçidlər