Şriftin ölçüsü :

Saytın rəngi :

“Səyyar gənclər xidməti” layihəsinin iştirakçıları mükafatlandırıldı

05 oktyabr 2019 | 16:00

Azərbaycan Respublikası Gənclər Fondunun "Səyyar gənclər Xidməti" layihəsinin iştirakçıları olan rayon gənclərinə Şəmkir Gənclərinin Karyera və İnkişaf Mərkəzi tərəfindən Fəxri Fərman və hədiyyələr təqdim olunub.

Tədbirdə iştirak edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov layihənin kəndlərdə yaşayan gənclərin sosial fəallıqlarının artırılması, onların asudə vaxtlarının səmərəli təşkili istiqamətində mühüm rol oynadığını bildirib.

İcra başçısı qeyd edib ki, gənclər üçün səyyar formada müxtəlif xidmətlərin göstərilməsi, onların ixtisas və peşə seçimi üçün də xüsusi yeri var.

Karyera və İnkişaf Mərkəzinin direktoru Kənan İbrahimov çıxışında layihəyə, xüsusilə də gənclərə göstərilən diqqət və qayğıya görə rayon rəhbərinə minnətdarlıq edib, layihə çərçivəsində görülən işlərdən danışıb.

Sonda layihədə fəal iştirak edən gənclərə hədiyyələr təqdim olunub.

Keçidlər