Şriftin ölçüsü :

Saytın rəngi :

7 nəfər rayon sakininə sosial kirayə müqaviləsi təqdim olundu

30 sentyabr 2019 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq Sərəncamı ilə yaradılmış Mənzil Komissiyasının sədri və üzvlərinin iştirakı ilə növbəti iclası keçirilib.

İclasda komissiyanın sədri rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev çıxış edərək bildirib ki, Mənzil İstismar Sahələri tərəfindən sosial kirayə müqaviləsi alınması üçün vətəndaşlara verilən arayışlarda hər hansı neqativ halın yaranması yolverilməzdir. Mənzil Komissiyasının üzvlərinə sosial kirayə müqaviləsi ilə mənzillərin alqı-satqısının qadağan olunmasının bir daha vətəndaşlara bildirilməsi və onlar arasında təbliğat işinin yüksək səviyyədə təşkil edilməsi tapşırılıb.

Eyni zamanda vətəndaşların mənzilləri ilə bağlı etdikləri müraciətlərə həssaslıqla yanaşılmalı, lazım gələrsə problemin aradan qaldırılması üçün müraciətin Mənzil Komissiyanın müzkirəsinə çıxarılması və aidiyyəti dövlət qurumları qarşısında məsələ qaldırılmasının vacibliyi vurğulanıb.

Çıxış edən Mənzil Komissiyasının üzvləri vətəndaşlara verilən sosial kirayə müqavilələri vasitəsilə onların qeydiyyata düşməsində bəzi problemlərin yaranması, vətəndaşların öz aralarında etibarnamə ilə əldə etdikləri mənzillərin hüquqi sənəd statusu daşımadığı və bu kimi digər məsələlər geniş müzakirə edilib.

Sonda Şəmkir Rayon İcra Hakimiyyəti başçı yanında Mənzil Komissiyası tərəfindən 7 rayon sakininə sosial kirayə müqaviləsi təqdim olunub.

Keçidlər