Şriftin ölçüsü :

Saytın rəngi :

LATVİYALILAR ŞƏMKİRDƏ - MÖHTƏŞƏM ŞOU, BİR-BİRİNDƏN MARAQLI KOMPOZİSYALAR

27 sentyabr 2019 | 16:00

Xəbər verdiyimiz kimi Latviyanın ölkəmizdəki fövqalədə və səlahiyyətli səfiri Daynis Qaranç və nümayəndə heyəti Şəmkir rayonuna səfər edib.

Əvvəlcə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Latviyanın ölkəmizdəki fövqalədə və səlahiyyətli səfiri Daynis Qarançsı qəbul edib.

Daha sonra Şəmkir Heydər Əliyev Mərkəzində Latviyanın Kamolinş rəqs qrupunun iştirakı ilə tədbir keçirilib. Tədbirdə icra başçısı Alimpaşa Məmmədov, Millət Vəkili Kamran Bayramov, səfir Daynis Qarançş, Latviyadan olan qonaqlar iştirak ediblər.

Tədbir iştirakçıları ilk olaraq Şəmkir rayonu haqqında qısa film izləyiblər. Daha sonra rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov qonaqları salamlayıb, onları Şəmkirdə görməkdən məmnun olduğunu bildirib.

Səfir Daynis Qarançs da çıxışında belə bir gözəl rayona səfər etdiyi üçün xoşbəxt olduğunu qeyd edib və şəmkirlilərə isti münasibətə görə təşəkkürünü çatdırıb.

Millət vəkili Kamran Bayramov da çıxışında belə tədbirlərin keçirilməsinin iki ölkə arasında əlaqələrin güclənməsi istiqamətində mühüm rol oynadığını vurğulayıb.

Daha sonra tədbir iştirakçıları Kamolinş qrupunun hazırladığı rəqsləri izləyiblər.
Sonda qonaqlara şəmkirlilər adından hədiyyələr təqdim olunub və xatirə fotosu çəkilib.

Keçidlər