Şriftin ölçüsü :

Saytın rəngi :

Ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan Şəmkir gəncləri ilə görüş.

07 sentyabr 2019 | 16:00

Görüşdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri-başçının müavini Aynur Abdullayeva, Rayon Təhsil şöbəsinin müdiri Məcid Şıxlınski, Şəmkir rayon Gənclər İdman İdarəsinin rəisi Emin İsmayılov, Şəmkir Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Kənan İbrahimov, ictimaiyyət nümayəndələri, valideynlər və məzunlar iştirak ediblər.

Tələbə adını qazanan gəncləri təbrik edən rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Qüdrət Əliyev ölkədə təhsilə göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyev hər zaman təhsilə böyük önəm verib. Ölkəmizdə təhsilin inkişafı bu gün Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bütövlükdə son illər təhsilin inkişafına xidmət göstərən bir çox dövlət proqramı qəbul edilib.

Şəmkir Rayon Təhsil Şöbəsinin müdiri Məcid Şıxlınski də çıxışında bu il ali məktəblərə qəbul olan tələbələri təbrik edib.

Təhsil şöbəsinin müdiri qeyd edib ki, bütün bunlar Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi uğurlu təhsil siyasətinin nəticəsidir.

Şəmkir Rayon Təhsil Şöbəsinin müdiri Məcid Şıxlınski , valideynlər, məzunlar və digərləri gənclərlə görüşün təşkilinə, göstərilən diqqət və qayğıya görə Rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədova dərin minnətdarlıqlarını bildiriblər.

Tədbirdə Şəmkir GİKM-direktoru Kənan İbrahimov çıxış edərək bildirib ki, gənclərin təhsilli və savadlı yetişməsi ölkə başçısının xüsusi önəm verdiyi istiqamətlərdəndir və keyfiyyətli təhsilin gənclər üçün əlçatan olması, istedadlı və sosial müdafiəyə ehtiyacı olan gənclərin dəstəklənməsi istiqamətində çoxsaylı imkanlar yaradılmışdır. Yaradılan imkanlardan biri də Azərbaycan Respublikası Prezidentinin müvafiq göstərişinə əsasən Gənclər Fondu tərəfindən sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi üzrə hər il elan edilən müsabiqədir. Tədbir iştirakçılarına müsabiqə haqqında məlumat verilərək, yaradılan imkanlardan istifdə etməyin yolları izah edilib.
Sonda yüksək bal toplamış gənclərə mükafatlar

Keçidlər