Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİRİN İKİNCİ ƏN BÖYÜK XƏSTƏXANASI TAMAMİLƏ YENİLƏNİR

06 sentyabr 2019 | 16:00

Bu gün ölkə rəhbəri Cənab İlham Əliyev tərəfindən ölkəmizin hər yerində olduğu kimi, Şəmkir rayonunda digər sahələrlə yanaşı sosial sahəyə də böyük diqqət göstərilir. Hazırda rayonda çoxlu sayda sosial obyektlərin inşası aparılır.

Onlardan biri də Səhiyyə Nazirliyinin sifarişi ilə əsaslı şəkildə təmir olunan Kür qəsəbə xəstəxanasıdır.

Şəmkir İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Kür qəsəbə Xəstəxanasında aparılan təmir işlərinin gedişatı ilə yaxından tanış olub.

İcra başçısına bildirilib ki, 2018-ci ilin əvvəllindən təmirinə başlanılan tibb müəssində artıq söküntü işləri tam başa çatdırılıb.

Təmir bərpa işlərinin bir qismi yekunlaşıb. 56 çarpayılıq xəstəxana binasının bu ilin sonunadək təhvil verilməsi planlaşdırılır.

Yenilənən səhiyyə ocağında əhaliyə günün tələbləri səviyyəsində tibbi xidmət göstərilməsi üçün zəruri imkanlar yaradılacaq. Xəstəxana binası müasir inventar və avadanlıqla tam təchiz ediləcək.

Keçidlər