Şriftin ölçüsü :

Saytın rəngi :

İCRA BAŞÇISI KARTOF YIĞIMINDA İŞTİRAK EDİB

01 avqust 2019 | 16:00

Bu sahədə münasibətlərin düzgün qurulması nəticəsində rayon sahibkarları qeyri-neft sektorunun inkişafı istiqamətində yeni-yeni meqa layihələr həyata keçirir.

Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov sahibkar Tahir Hüseynovun təsərrüfatına baş çəkib, qayğı və çətinlikləri ilə yaxından maraqlanıb, yarana biləcək problemlərin vaxtında aradan qaldırılması üçün aidiyyətli struktur rəhbərlərinə lazımi tapşırıqlar verilib.
Sahədə çalışan işçilərlə tək-tək söhbət edən icra başçısı kartof yığımında da iştirak edib.

Təsərrüfat sahibi tərəfindən Alimpaşa Məmmədova bildirilib ki, kartof 50 hektar ərazidə əkilib və gələcəkdə daha da genişləndirilməsi planlaşdırılır. Ərazidə Şəmkirlə yanaşı, Gəncə şəhərindən, Göygöl, Samux, Tovuz və Daşkəsən rayonlarından 500-ə yaxın işçi qüvvəsi çalışır. Cari idə məhsuldarlığın əvvəlki illərə nisbətən daha çox olduğunu deyən fermer ərazidən toplanan məhsulların gündə 2 min ton olmaqla daxili bazarlara, xüsusilə də Bakı şəhərində yerləşən Meyvəli bazara çıxarıldığını bildirib.

Daha sonra sahibkar Tahir Hüseynova məxsus 2500 ton tutumu olan soyuducu anbara baxış keçirilib.

Keçidlər