Şriftin ölçüsü :

Saytın rəngi :

MİLLİ MƏCLİSDƏ ŞƏMKİRMİZİ TƏMSİL EDƏN MİLLƏT VƏKİLLƏRİ "AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN 100 İLLİYİ YUBLEY MEDALI İLƏ TƏLTİF EDİLİBLƏR

31 iyul 2019 | 16:00

Bildiyiniz kimi, Prezident Cənab İlham Əliyev bir sıra şəxsləri “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918 - 2018)" yubiley medalı ilə təltif edib.

Bu şəxslər arasında Azərbaycan Respublikası Milli Məclisində Şəmkir rayonunu təmsil edəm Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, Sahibə Qafarova, Sona Əliyeva və Kamran Bayramov da var.

Qeyd edək ki, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalının təsis edilməsi ilə bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Bu medalla AXC liderlərinin varisləri və Azərbaycan Xalq Cümhuriyyəti irsinin tədqiqində və təbliğində, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər. “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.

Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından rayonumuzu təmsil edən dəyərli Millət Vəkillərimizi təbrik edir, onlara uğurlar arzulayırıq! 

 

Keçidlər