Şriftin ölçüsü :

Saytın rəngi :

161 NƏFƏR ŞƏMKİR SAKİNİN MÜRACİƏTİ DİNLƏNİLİB

21 iyun 2019 | 16:00

Ölkə Prezidenti Cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaşlara göstərilən qayğı respublikamızın hər yerində olduğu kimi, Şəmkir rayonunda da daim diqqət mərkəzində saxlanılır.

Son illərdə Şəmkirdə vətəndaş amilinin ön plana çəkilməsini həftə ərzində sakinlərlə keçirilən səyyar görüşlərdən, fərdi qəbullardan, eləcə də sakinlərin istəyinə əsasən yerində baxış keçirilməsindən aydın şəkildə görmək olar.

Bu gün də Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov 161 rayon sakinini ərizələrinə və müraciətlərinə əsasən qəbul edib, onları narahat edən məsələləri dinləyib.

Qəbul zamanı vətəndaşlar tərəfindən edilmiş müraciətlərin əksəriyyəti torpaq, maddi yardım və sosial məişət məsələlərinə dair olub.

İcra başçısı bildirib ki, Cənab İlham Əliyev prezidentliyi dövründə, ilk növbədə, ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş vətəndaş birliyi platformasına söykənərək daxili ictimai-siyasi sabitliyi daha da möhkəmlətmiş, əhalinin təhlükəsizliyini, insanların əsas hüquq və azadlıqlarını, ölkənin əmin-amanlığını təmin etmiş, vətəndaşların rifah halının getdikcə yüksəlməsinə nail olub.

Qəbula gələn Şəmkir sakinləri də hər zaman xalqın rifahına çalışan Cənab Prezident İlham Əliyevə diqqət və qayğıya görə minnətdarlıq ediblər.

Keçidlər