Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİR RAYON POLİS ŞÖBƏSİNƏ YENİ TƏYİNATLAR OLUB

20 iyun 2019 | 16:00

Şəmkir rayon Polis Şöbəsinin rəisinin Xidmət üzrə müavini vəzifəsinə, Zəyəm qəsəbə polis bölməsinin və Şəmkir Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə yeni təyinatlar baş tutub.

Belə ki, Daxili işlər naziri, general-polkovnik Ramil Usubov yeni təyinatlarla bağlı əmr imzalayıb.

Nazirin əmri ilə polis polkovnik-leytenantı İlqar Əliyev Şəmkir Rayon Polsi Şöbəsinin rəisinin Xidmət üzrə müavini, polis polkovnik-leytenantı Qədim Həsənov Şəmkir Rayon Polis Bölməsinin Zəyəm qəsəbə polis bölməsinin rəisi, polis mayoru Fəqan İsmayılov isə Şəmkir rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi vəzifəsinə təyin edilib.

Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Şəmkir Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Elnur Həsənov və Şəmkir rayonuna yeni təyinat almış İlqar Əliyev, Qədim Hüseynov və Fəqan İsmayılovu qəbul edib.

Alimpaşa Məmmədov ilk öncə qonaqları salamlayıb və yeni təyinat almış polis zabitlərini təbrik edərək, onlara şərəfli və məsuliyyətli işlərində uğurlar arzulayıb.

Yeni təyinat almış polis zabitləri də Alimpaşa Məmmədova və bütün şəmkirlilərə göstərilən dəstəyə və diqqətə görə təşəkkürlərini bildiriblər.

ŞƏMKİR RAYON İCRA HAKİMİYYƏTİ VƏ BÜTÜN ŞƏMKİRLİLƏR ADINDAN İLQAR ƏLİYEVİ, QƏDİM HƏSƏNOVU VƏ FƏQAN İSMAYILOVU TƏBRİK EDİR, İŞLƏRİNDƏ UĞURLAR ARZULAYIRIQ!

Keçidlər