Şriftin ölçüsü :

Saytın rəngi :

"VƏTƏNDAŞ MARAQLARI CƏNAB PREZİDENT ÜÇÜN HƏR ŞEYDƏN ÜSTÜNDÜR"- ALİMPAŞA MƏMMƏDOV

11 iyun 2019 | 16:00

Bildiyiniz kimi, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov hər həftə rayonun müxtəlif kənd və qəsəbələrində sakinlərlərlə görüşür, onların problemlərini yerində öyrənir.

Vaxtaşırı keçirilən qəbullarda əhalinin qaldırdığı məsələlər operativ şəkildə həll olunmasına çalışan Şəmkir Rayon İcra Hakimiyyətinin bu qayğıkeçliyi nəticəsində qəbula gələn vətəndaşlar öz arzu və istəklərini rayon rəhbərinə çatdırır, müraciət etdikləri məsələrə konkret cavab alırlar.
Hər zaman sakinlərin qayğı və problemləri ilə maraqlanan rayon İcra Hakimiyyəti başçısı bu gün Düzqışlaq kənd sakinlərini fərdi şəkildə qəbul edib.

Qəbul yerinə gələn icra başçısını kənd ağsaqqalları və gənclər çox səmimi qarşılayıblar.

Qəbuldan öncə kənd sakinləri ilə söhbət edən icra başçısı sakinlərlə ümumi qaydada söhbət edib, ölkəmizdə və rayonumuzda baş verən önəmli hadisələr, görülən işlər, uğurlu layihələr haqqında qısa məlumat verib.

Alimpaşa Məmmədov çıxışında bildirib ki, bu gün əhalisinin sosial müdafiəsinin təmin edilməsi Azərbaycan dövlətinin qarşısında duran strateji vəzifələrdən biridir: “ Cənab Prezident İlham Əliyev hər zaman bildirir ki, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşının maraqları Cənab Prezident üçün hər şeydən üstündür. Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsi insanların daha da yaxşı yaşamaları məqsədi daşıyır. Cənab İlham Əliyev həm də bütün zamanlarda xalqa xidmətlə, xalqa hesabat verməklə nümunə göstərib. Cənab Prezidentin söylədiyi "Xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidir” fikirləri sözlə əməlin vəhdət təşkil etdiyini təsdiqləyən real faktdır”.

Daha sonra Düzqışlaq sakinlərini fərdi şəkildə qəbul edən rayon icra hakimiyyəti başçısı tərəfindən 12 nəfər vətəndaşın müraciəti dinlənilib.

Sakinlər icra başçısından elektrik dirəklərinin yenilənməsi, su probleminin aradan qaldırılmasını xahiş ediblər.

Qəbulda bır sıra məsələlər yerindəcə həllini tapıb. Digər problemlərin həlli aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb.

Sakinlər qəbul zamanı onlara verilən cavablardan və izahatlardan razı qaldıqlarını bildirərək, göstərilən qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə minnətdarlıq ediblər.

Keçidlər