Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə "SU PƏRİSİ" rəsm kompozisiyası nümayiş edidilib

18 aprel 2019 | 16:00

Aprelin 18-i İstiqlal parkında Şəmkir Gənclərin İnkişaf və Karyera Mərkəzinin və Gənclərin Mədəni İnkişafına dəstək birliyinin təşkilatçıllığı ilə gənclərin əl işlərindən ibarət “Su Pərisi” adlı rəsm kompozisiyası nümayiş edilib.

Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, müəllimlər, gənclər və rayon sakinləri iştirak ediblər.

Tədbir çərçivəsində incəsənətin təbliği və inkişafı, bu sahəyə marağın artması məqsədilə gənclərin əl işlərinin nümunələrinin sərgisi və Şəmkir Musiqi məktəbinin gənc musiqiçilərinin ayrı-ayrı nömrələri nümayiş etdirilib.

Bununla yanaşı Azərbaycan Skautlar Assosasiyasının gənc müəllimləri gənclər üçün maraqlı məşğələ təşkil ediblər.

Qeyd edək ki, sərgidə Gənclərin İnkişaf və Karyera Mərkəzinin rəsm dərnəyinin gənclərinin hazırladığı 50-dən artıq əsər və bədii tədbiqi sənət nümunələri nümayiş olunub.

Keçidlər