Şriftin ölçüsü :

Saytın rəngi :

ÇAPARLI KÖRPƏLƏRİ BAĞÇALARINI MƏHARƏTLƏ TƏQDİM ETDİLƏR

18 aprel 2019 | 16:00

“Böyük Yol” Gənclərin İctimai Birliyi və ”“Gənc Tərbiyəçilər Birliyi”nin təşkilatçılığı ilə Şəmkir rayonunda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin iştirakı ilə "Bağçanın təqdimatı" başlığı altında layihə həyata keçirilir.

Layihə çərçivəsində növbəti təqdimatı Şəmkir rayon Çaparlı kənd körpələr evi-uşaq bağçasının fidanları ediblər.

Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov da iştirak edib.

Körpə fidanlar bir-birindən maraqlı kompozisyalarla izləyicilərin diqqətini çəkməyi bacarıblar.

Körpələrin məharətlərinə heyran qalan rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov gözəl təqdimata görə uşaq bağçasının kollektivinə təşəkkürünü bildirib.

Keçidlər