Şriftin ölçüsü :

Saytın rəngi :

"GƏNC MÜƏLLİMLƏR BİRLİYİ"NİN YENİ SƏDRİ SEÇİLDİ

15 aprel 2019 | 16:00

Son dövrlərdə Şəmkir Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonda bir sıra gənclərlə bağlı layihələr uğurla icra olunur.

Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə yaradılan “Gənc Həkimlər Birliyi”nin üzvləri kəndbəkənd gəzərək imkansız insanları müayinə edirlər. “Gənc Müəllimlər Birliyi” isə cavan və istedadlı kadrları bir yerə toplayaraq rayonda təhsili inkişaf etdirmək məqsədi daşıyır. Gənclərlə görülən işlərin bir parçası olan “Gənc Tərbiyəçilər Birliyi” də şəmkirli körpələrin sağlam və düzgün böyüməsi istiqamətində işlər görür. “Gənclərin Mədəni İnkişafı Birliyi” isə rayonda təşkil olunan tədbirlərdə öz fəallıqları ilə seçilirlər. “Gənc Xeyriyyəçilər Birliyi” isə öz nəcib əməlləri ilə artıq Azərbaycanın hər yerində özlərindən söz etdirə biliblər. Bütün bu təşkilatlar isə “Böyük Yol” Gənclərin İctimai Birliyinin çətiri altında toplanıb fəaliyyət göstərirlər.

Bütün yuxarıda qeyd etdiyimiz işlərin nəticəsidir ki, Şəmkirdə gənclər öz qabiliyyətlərini, bacarıqlarını anında göstərmək imkanı qazanıblar. Və rayon rəhbərliyi tərəfindən dəstək alırlar.

Bu gün “Gənc Müəllimlər Birliyi”nə yeni sədr və 11 gənc müəllimdən ibarət üzvlər seçilib.

Bu münasibətlə Şəmkir Heydər Əliyev Mərkəzində keçirilən tədbridə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov da iştirak edib.

Tədbirdə çıxış edən icra başçısı Şəmkirdə fəaliyyət göstərən “Böyük Yol” Gənclərin İctimai Birliyinin tərkib hissəsi olan “Gənc Həkimlər Birliyi”, “Gənc Tərbiyyəçilər Birliyi”, “Gənc Müəllimlər Birliyi”, “Gənclərin Mədəni İnkişafı Birliyi” və “Gənc Xeyriyyəçilər Birliyi”nin fəaliyyətlərini yüksək qiymətləndirib, onların gördükləri işlərin əvəzi olmadığını bildirib.

Şəmkir "Gənc Müəllimlər Birliyi"nin yeni sədri Şəmkir Rayon Təhsil şöbəsinin müdir müavini Hafiz Pənahov seçilib.

Birliyin üzvləri isə aşağıdakılardır:

1. Aytac İsgəndərli
2. Tərlan Muxtarova
3. Samirə Mahmudaova
4. Aytac Bayramı
5. Səbinə Mustafayeva
6. Sahibə Əsgərova
7. Natiq Məmmədli
8. İntiqam Rzayev
9. Qoşqar Qurbanov
10 Aynurə Quliyeva

Keçidlər