Şriftin ölçüsü :

Saytın rəngi :

18 oktyabr Azərbaycan Respublikasının Müstəqilliyinin bərpa olunmasının 23 illiyi münasibətilə tədbir keçirilmişdir.

18 oktyabr 2014 | 15:00

Şəmkir Rayon Heydər Əliyev mərkəzində Azərbaycan Respublikasının Müstəqilliyinin bərpa olunmasının 23 illiyi münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı cənab Alimpaşa Məmmədov, Aparatın məsul işçiləri, rayon ziyalıları, idarə,  təşkilat və müəssisə rəhbərləri iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Heydər Əliyev mərkəzinin direktoru Məleykə Əlizadə Azərbaycan respublikasının Müstəqillik günü ilə əlaqədar toplantı iştirakçılarını təbrik etdi və qeyd etdi ki, XX yüzilliyin sonlarında sovetlər birliyinin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi.
Daha sonra Şəmkir rayon İcra Hakimiyyəti Başçısının müavini Sona Əliyeva geniş məruzə edərək, bildirdi ki, bu gün  Azərbaycan xalqı ən əlamətdar bir tarixi hadisəni, öz dövlət müstəqilliyini bərpa etməsinin iyirmi üçüncü ildönümünü qeyd edir. Bu vaxt uzun tarixi dövrü əhatə etməsə də, bu illər əhəmiyyətli hadisələrlə zəngin olmuş, Azərbaycan keçmiş podsovet məkanındakı ölkələr arasında nəzərə çarpacaq dərəcədə dinamik inkişaf yoluna qədəm qoymuşdur. Ölkəmiz makroiqtisadi sabitliyini qorumaqla yanaşı, xarici siyasətdə müstəqil fikir yürüdən rəqabətə davamlı ölkələrdən birinə çevrilmişdir.
Müstəqillikdən sonrakı dövrdə rayonun sosial-iqtisadi həyatında baş verən dəyişikliklərdən, həmçinin  həyata keçirilən layihələr haqqında  da toplantı iştirakçılarına  ətraflı məlumat verildi.
Tədbir Azərbaycan Respublikasının Müstəqilliyinə həsr olunmuş videofilmin nümayişi ilə yekunlaşdı.
 

Keçidlər