Şriftin ölçüsü :

Saytın rəngi :

9 ayın yekununa dair hesabat yığıncağı.

15 oktyabr 2014 | 15:00

15  oktyabr  2014 - cü il tarixdə   Şəmkir  şəhər  Əhməd  Cavad adına mədəniyyət mərkəzində,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının yekunlarına həsr olunmuş iclasındakı nitqi ilə əlaqədar Şəmkir  rayon İcra Hakimiyyətinin Başçısı Alimpaşa Məmmədovun rəhbərliyi ilə yığıncaq keçirilmişdir.
Yığıncaqda cənab Alimpaşa Məmmədov iştirakçıları salamlamış və yığıncağın gündəliyi ilə tanış etdikdən sonra öz məruzəsinə keçmişdir.

Hörmətli yığıncaq iştirakçıları!

Bildiyiniz kimi 2014-cü ilin oktyabrın 8-də  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2014-cü ilin doqquz ayının yekunlarına həsr olunmuş geniş iclası keçirilmişdir.
İclasda Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev ölkəmizdə 2014-cü ilin doqquz ayında görülmüş işləri ətraflı təhlil etmiş, qarşıda duran konkret vəzifələri  müəyyənləşdirmişdir.
Respublikamızda aparılan sosial-iqtisadi islahatlar nəticəsində qazanılan uğurlar dövlətimizin müəyyənləşdirdiyi strategiyanın və ölkədə sabitliyin qorunub saxlanılmasının məntiqi nəticəsi kimi dəyərləndirilmişdir. Son illər Azərbaycan  iqtisadiyyatı dinamik olaraq inkişaf etmiş və 2014-cü ilin doqquz ayında müsbət nəticələr əldə olunmuşdur.
Respublikamızda ümumi daxili məhsul istehsalı 2.5 faiz, qeyri -neft sektorunda artım  6  faiz olmuşdur. Kənd təsərrüfatında 6 faizdən çox artım əldə olunmuşdur.
Respublikamızda  doqquz ay ərzində yüz mindən çox yeni iş yeri, o cümlədən səksən min daimi iş yeri  açılmışdır.
Ölkəmizin valyuta ehtiyatları 53 milyard dollardan çox olmuşdur.
İnfilyasiya 1.5 faiz təşkil etmiş, orta aylıq əmək haqqı 440 manat olmuşdur.  
Əhalinin pul gəlirləri 5.4 faiz artmışdır.
Azərbaycan  iqtisadiyyatı tam şəkildə bazar iqtisadiyyatı prinsipləri üzərində qurulmuşdur. Hazırda ümumi daxili məhsulun 83 faizi özəl sektorun payına düşür.
Azərbaycanda aparılan islahatlar və düşünülmüş iqtisadi siyasət dünyanın ən mötəbər iqtisadi qurumları tərəfindən də yüksək qiymətləndirilir. Davos Dünya İqtisadi Formu tərəfindən Azərbaycan  iqtisadiyyatı rəqabət qabiliyyətinə görə  38-ci yerə layiq görülmüşdür.
2014-cü ilin doqquz ayında Respublikamızın ictimai-siyasi və        sosial-iqtisadi həyatında mühüm naliyyətlər qazanılmışdır.
Regionların sosial-iqtisadi inkişafına dair  ( 2004-2008-ci illər ) birinci və (2009-2013-cü illər) ikinci Dövlət proqramları uğurla həyata keçirilmişdir.
Üçüncü regional inkişaf proqramı (2014-2018-ci illər) qəbul edilmişdir. Bu proqramın icrası nəticəsində 2018-ci ilə qədər ölkəmizdə bütün əsas infrastruktur və sosial məsələlər öz həllini tapacaqdır.

Əsas nailiyyətlərdən biri ölkədə müsbət sərmayə iqliminin formalaşmasıdır. İstər yerli istərsədə, xarici investorlar öz işlərinin uğur gətirəcəyinə inanır və Azərbaycan iqtisadiyyatına böyük həvəslə investisya yatırırlar. Doqquz ay ərzində ölkə iqtisadiyyatına 19 milyard dollar sərmayə qoyulmuşdur. Onlardan 11 milyardı  daxili sərmayədir.
Sosial layihələr xüsusi önəm daşıyır. Məktəblərin, xəstəxanaların, olimpia idman komplekslərinin və mədəniyyət ocaqlarının tikintisinə böyük diqqət yetirilir.
İcra edilən hər bir layihənin  ölkənin həyatında özünəməxsus yeri və əhəmiyyəti var. Belə layihələrdən biridə Şəmkir rayonu ərazisində həyata keçirilən Şəmkirçay su anbarının tikintisidir.
Nazirlər Kabinetinin iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nitqində 2014-cü ilin dördüncü rübündə istifadəyə veriləcək Şəmkirçay su anbarının 10 min hektarlarla torpaq sahəsinin dövriyyəyə daxil ediləcəyi xüsusi vurğulanmışdır.
Ölkəmizdə yaradılan yeni emal müəssisələri həm daxili təlabatın ödənilməsinə, həm də ölkənin ixrac potensialının artırılmasına xidmət edir. Sentyabr ayında Ələtdə Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanın birinci mərhələsinin birinci hissəsi – Bərə terminalı istifadəyə verilmişdir.  Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı tam istifadəyə verildikdən sonra Xəzər dənizində ən böyük beynəlxalq ticarət limanı olacaq.
Sentyabrın 20-də XXI əsrin layihəsi adlandırılan “Cənub” qaz dəhlizinin təməli qoyulmuşdur. Yaxın gələcəkdə işə düşəcək bu dəhliz Azərbaycanın bundan sonra onilliklər  ərzində inamlı inkişafını təmin edəcək, minlərlə insanın işlə təmin olunmasına və maddi rifahının yaxşılaşmasına səbəb olacaq.
2014-cü ilin doqquz ayı ordu quruculuğu prosesi uğurla davam etdirilmiş, onun döyüş qabiliyyəti daha da artmışdır.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş  komandanı cənab İlham Əliyevin qarşıya qoyduğu tapşırıqlara uyğun olaraq geniş miqyaslı hərbi təlimlər keçirilmiş, ilk dəfə olaraq Azərbaycan Hərbi Hava Qüvvələri  ilə Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimləri uğurla nəticələnmişdir.
Respublikamızda son illər infrastruktur layihələri arasında kənd yollarının tikintisinə başlıca diqqət yetirilmişdir.
Respublikamızın bir sıra şəhər  və rayonlarında içməli su və kanalizasiya şəbəkəsinin tikintisi və yenidənqurulması layihələri uğurla davam etdirilir.
Kənd təsərrüfatının elmi əsaslarla inkişaf etdirilməsi ön plana çəkilmiş, Respublikamızda iri fermer təsərrüfatının və aqrotexnoparkların yaradılması istiqamətində mühüm işlər görülür.
Ölkəmizdə “Asan” xidmətin fəaliyyətinin genişlənməsi korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə müsbət nəticələr verir.
“Asan” xidmətin fəaliyyətə başladığı dövrdən indiyədək bu xidmətə       2 milyon müraciət daxil olmuş və öz müsbət həllini tapmışdır.

Gələn il  Bakı-Tiblisi-Qars dəmir yolunun tikintisi başa çatdırılacaq. Bakı şəhərində birinci Avropa Oyunları keçiriləcəkdir.  Biz inanırıq ki, indiyədək ölkəmizdə həyata keçirilən bütün beynəlxalq tərdbirlər kimi birinci avropa oyunları da uğurla başa çatacaqdır.
Nazirlər Kabinetinin iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizin qarşısında duran digər layihələrin həyata keçirilməsi ilə bağlı aidiyyatı dövlət qurumlarına müvafiq tapşırıqlar verilmişdir.

Hörmətli yığıncaq  iştirakçıları!

2014-cü ilin doqquz ayında Şəmkir rayonunda ictimai sabitlik qorunub saxlanmış iqtisadiyyatda dinamik inkişaf təmin olunmuşdur.
Rayonda ümumi məhsul buraxılışının həcmi 417 milyon 307 min manat təşkil etmişdir.
Adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 2032  manat olmuşdur.
Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində Şəmkir rayonunun yerli büdcəsinin gəlirləri 10 milyon 782 min manat, xərcləri 40 milyon 939 min manat (o cümlədən yerli gəlir və xərcləri tənzimləmək üçün mrkəzləşdirilmiş xərclərdən ayrılan vəsait 30 milyon 351 min manat)  proqnozlaşdırılmışdır.
Cari ilin doqquz ayı ərzində yerli büdcənin gəlirləri  7612.8 min manat proqnoza qarşı 7775.8 min manat və 102.1 faiz yerinə yetirilmişdir.
Hesabat dövründə yerli xərclər 30 milyon 123 min manata qarşı 26 milyon 290.4 min manat və ya 87.3 faiz yerinə yetirilmişdir. Yerli gəlirlərin tənzimlənməsi üçün nəzərdə tutulmuş 11 vergi növündən səkkizi üzrə proqnoz tapşırıları yerinə yetirilmiş, 3 növ vergi üzrə, o cümlədən əlavə dəyər vergisi, aksiz vergisi və dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsində daxil olan icarə haqqının yığılması tapşırığı yerinə yetirilməmişdir.
Bu dövrdə ötən illə müqayisədə əmtəə dövriyyəsinin həcmində 4.7  faiz, pullu xidmətlərin həcmində  9.3  faiz artım əldə olunmuşdur. Rayon əhalisinin sayı  205,4  min nəfərə çatmışdır. Cari ilin doqquz ayı ərzində əsas kapitala 105 milyon 587 min manatlıq investisya yönəldilmişdir.
Doqquz ay ərzində rayon üzrə 92 milyon  170 min manatlıq tikinti quraşdırma işləri görülmüşdür.
Rayonda 400 ədəd, ötən ildəkindən 0.5 faiz çox fərdi yaşayış evi tikilmişdir.   
Azərbaycan Respublikası Prezidentinin  27 fevral 2014-cü il tarixli 118 №li sərəncamı ilə təsdiq edilmiş ”Azərbaycan Respublikası Regionlarının  2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində 2014-cü ilin 9 ayında 2971 iş yeri açılmışdır, bununda  509  daimi iş yeridir.
Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 2544 ailənin 11739 nəfər üzvünə ünvanlı sosial yardım təyin olunmuşdur.
Kənd təsərrüfatı məhsullarının həcmi  1.3  faiz artaraq 239 milyon 981 min manat təşkil etmişdir .
Rayon üzrə 181 min 610 hektar torpaq sahəsi vardır. Bundan 59 min 504 hektarı dövlət mülkiyyətində, 73 min 377 hektarı bələdiyyə mülkiyyətində, 48 min 729 hektarı isə xüsusi mülkiyyətdə olan torpaqlardır.
Əkinə yararlı 44 min 680 hektar torpaq sahəsinin 38 min 447 hektarı suvarma suyu ilə təmin edilmişdir.
2014-cü ilin məhsulu üçün 18 min 576 hektar sahədə taxıl, 6406 hektar sahədə kartof, 6163 hektar sahədə  tərəvəz əkilmişdir.
Rayon üzrə 18 min 576 hektar taxıl sahəsindən 54 min 871 ton məhsul əldə olunmuşdur.
Cari ilin doqquz ayı ərzində rayon üzrə 108397 ton kartof, 122082 ton tərəvəz, 37801 ton meyvə, 16838 ton üzüm, 15617 ton qarğıdalı, 5752 ton bostan məhsulları, 1541 ton günəbaxan istehsal olunmuşdur.
Havaların quraq keçməsinə, su azlığı olmasına baxmayaraq əkin sahələrinin suvarılması işi daim nəzarətdə saxlanılmış və bu sahədə yaranmış  çətinliklər aradan qaldırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq 2014-cü ildə Şəmkir rayonunda 13 subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur. Hazırda qazılması nəzərdə tutulan 13  subartezian quyusundan doqquzu  qazılmış, 2-nin qazıntısı  aparılır,  2  subartezian quyusunun qazıntısı ilə bağlı hazırlıq işləri görülür.
İribuynuzlu mal-qaranın sayı 61 min 97 başa, qoyun və keçilərin sayı 288 min 910  başa çatmışdır. Ötən ilin eyni dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 302 baş, qoyun və keçilərin sayı 4917 baş artmışdır.
Rayon üzrə 8000 ton ət, 41512 ton süd, 102 milyon 589 min ədəd yumurta istehsal edilmişdir. Keçən ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 2.3  faiz, süd istehsalı 3.3 faiz, yumurta istehsalı 51.7 faiz artmışdır.
Əhalinin elektrik enerjisi və təbii qazla təminatı nəzarətdə saxlanılmışdır.
Rayon sakinləri 24 saat ərzində fasiləsiz elektrik enerjisi ilə təmin olunmuş, əhalinin 95 faizini əhatə edən 35848 abonentin mənzilinə təbii qaz verilmişdir.
Görülmüş tədbirlər nəticəsində təbii qazın və elektrik enerjisinin dəyəri 100 faiz ödənilmişdir.
Rayonun Bayramlı, Muxtariyyat və Qaralar kəndlərinin qaz təchizatı ilə bağlı görülən işlərin surətləndirilməsi haqqında “Azəriqaz” istehsalat birliyi qarşısında məsələ qaldırılmışdır. Yaxın vaxtlarda hər üç kəndin qaz təchizatı ilə əlaqədar işlər başa çatdırılacaqdır.
Bildiyiniz kimi Azərbaycan Respublikası regionlarının sosia-iqtisadi inkişafı (2009-2013-cü illər) üzrə ikinci dövlət proqramı uğurla başa çatmışdır.
Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli 118 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Regionların sosial - iqtisadi inkişafı”na dair 2014-2018-ci illər üzrə üçüncü Dövlət Proqramı”nda Şəmkir rayonu üzrə 20 mühüm tədbirin icrası nəzərdə tutulmuşdur.
Fərəhli haldır ki, artıq üçüncü Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin 16-nın  icrasına başlanılmışdır.
Şəmkir şəhərində Respublikamızın qərb bölgəsində ən böyük müəssisələrdən biri kimi sutkada istehsal gücü 55 ton olan müasir çörək və nişasta istehsalı müəssisəsində tikinti-quraşdırma işləri başa çatdırılmış, hazırda müəssisədə son tamamlama və abadlıq işləri aparılır. Çörək zavodunun işə düşməsi yüzdən çox insanın işlə təmin olunmasına imkan verəcəkdir.
Yuxarıda qeyd etdiyim kimi respublikamızda həyata keçirilən ən böyük iqtisadi layihələrdən biri olan Şəmkirçay su anbarının   tikintisi  başa çatmaq üzrədir.
      Şəmkir  su  anbarının  ümumi su tutumu 175 milyon kub metrdir. Bəndin hündürlüyü 190 metr olacaq. Bu su anbarının tikintisi başa çatdıqdan sonra Şəmkir, Goranboy, Samux və Göygöl rayonlarında 75 min hektar, o cümlədən Şəmkir rayonunda  41 min hektar torpaq sahəsi suvarma suyu ilə təmin olunacaq .
       Şəmkirçay su anbarından Gəncə, Şəmkir və Samux şəhərlərinə içməli su xətlərinin çəkilişi davam edir. Su anbarlarından 8 km uzunluğunda tunelin və 52 km uzunluğunda əsas kanalların çəkilişi başa çatdırılmışdır.
       Hazırda əsas kanallardan başqa uzunluğu 800 km olan kəndarası və təsərrüfatlararası kanlların çəkilişinə başlanmışdır.
Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin iclasındakı yekun nitqində Şəmkirçay su anbarının  2014-cü ilin sonunda  istifadəyə veriləcəyini qeyd etmişdir.

     Hörmətli yığıncaq  iştirakçıları!

     Bildiyiniz kimi son illər Şəmkir rayonunun ərazisindən keçən Bakı-Qazax avtomobil yolu ( 42 km), Şəmkir-Gədəbəy avtomobil yolu, Şəmkir-Gədəbəy dairəvi avtomobil yolu ( 10 km ), Kür qəsəbəsi (12 km-lik), Qaracəmirli-Təzəkənd  (8 km) avtomobil yolları tikilərək istifadəyə verilmişdir.
Rayonun Yeni Göyçə, Günəşli, Qaraqoyunlu, Varlı Həyat, Dağ Cəyir, Yuxarı və Aşağı Çaykənd kəndlərinin  əhalisi yolun  narahatlığından  əziyyət çəkirdilər. Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyev 13 iyun 2014-cü il tarixli 553 nömrəli Sərəncamı ilə 5 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyyat fondundan Şəmkir rayon İcra Hakimiyyətinə ilkin olaraq 3.0 (üç) milyon manat vəsait ayrılmışdır. Hazırda Şəmkir rayon 23 saylı yol İstismar idarəsi tərəfindən həmin yolun tikintisi aparılır.
Şəmkir rayonunun yuxarıda qeyd olunan yaşayış məntəqələrində yaşayan  əhali  adından bu yolun tikintisinə göstərdiyi qayğıya görə Azərbaycan Respublikası Prezidenti  cənab İlham Əliyevə öz minnətdarlığımızı bildiririk.
Əvvəlki illərdə olduğu kimi Şəmkir şəhərində geniş abadlıq-quruculuq işləri davam etdirilir.
Hazırda Şəmkir şəhərinin hərbi şəhərcik, Şəhidlər xiyabanı, Tofiq İsmayılov, Rövşən Rəhimov, Rüstəm Əliyev küçələrində təmir işləri aparılır.
     Şəhərin hərbi şəhərcik adlanan ərazisində xeyir-şər evinin tikintisi başa çatmışdır.
Rayon ərazisində beş yeni körpələr evi-uşaq bağçasının tikintisi nəzərdə tutulmuşdur. Kür qəsəbəsində 240 yerlik körpələr evi-uşaq bağçasında əsaslı təmir və yenidənqurma işləri davam etdirilir.
Şəmkir şəhərində su kanalizasiya xətlərinin çəkilişi davam etdirilir.
May ayının 26-da Yaponiya səfirliyinin qrantı hesabına Sabirkənd kəndində 12 otaqdan ibarət  tibb məntəqəsi istifadəyə verilmişdir.
  26 sentyabr 2014-cü il tarixdə Yaponiya səfirliyi ilə Azərbaycan Qırmızı Aypara Cəmiyyəti arasında bağlanmış müqaviləyə uyğun olaraq rayonun Çənlibel, Qasımalılar və Göyməmmədli kəndlərinin su təchizatı sisteminin tikintisi layihəsi başa çatdırılmışdır.
Bütün sahələrdə olduğu kimi təhsil müəssisələrinin maddi texniki bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Rayon üzrə 79 ümumtəhsil məktəbi (68 tam orta, 10 orta və 1 ibtidai), 53 məktəbəqədər, 6 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərmişdir.
Şəmkir rayonunun təhsil müəssisələrində 29 min 575 nəfər şagirdin təlim-tərbiyəsi ilə 3374 nəfər müəllim məşğul olmuşdur.
Azərbaycanın ümumtəhsil sistemində başlanılan və uğurla davam etdirilən islahatlar rayonun təhsil müəssisələrində təlim və tədris prosesinin inkişafına təkan vermişdir.
Son illər ərzində rayonun ümumtəhsil məktəblərindən 64-ü yenidən tikilmiş və əsaslı təmir olunmuşdur. Yeni tikilmiş 25 məktəb binasından 6-sı Heydər Əliyev Fondunun vəsaiti hesabına tikilmişdir.
       Təhsil Nazirliyi tərəfindən Şəmkir şəhərində Nizami Gəncəvi adına tam orta məktəbin 640 yerlik yeni binasının tikintisinə başlanılmışdır.
      Dövlət Proqramına uyğun olaraq Düyərli kənd 1 nömrəli tam orta məktəbin binasının bərpa gücləndirilməsi və əsaslı təmiri nəzərdə tutulmuşdur.
2013/2014-cü dərs ilinin yekununa görə rayonun ümumtəhsil məktəblərinin IX sinifini  bitirmiş 2670 nəfər şagird şəhadətnamə, XI sinifi bitirmiş 2145 nəfər şagird attestat almışlar. Şəmkir şəhəri M.Füzuli adına tam orta məktəbin məzunu Yunisli Orxan qızıl medalla təltif olunmuşdur.
Orta məktəb məzunlarından 1495 nəfəri ali məktəblərə qəbul üçün sənəd vermişlər. Ali məktəblərə qəbul üçün sənəd vermiş məzunlardan  542 nəfəri respublikamızın müxtəlif ali məktəblərinə qəbul olunmuşlar. Onlardan 15 nəfəri 600 dən çox, 55 nəfəri isə 500 dən çox bal toplamışlar.Azərbaycan Dövlət Tibb Univesitetinə 680 balla qəbul olunan Əliyaqublu kənd tam orta məktəbin məzunu Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 30 sentyabr 2014-cü il tarixli Sərəncamları ilə təhsilin inkişafında xidmətlərinə görə rayonun iki nəfər qabaqcıl müəllimi - Şəmkir şəhəri C.Rüstəmov adına tam orta məktəbin müəllimi Mehriban Babayeva “Əməkdar müəllim” fəxri adına layiq görülmüş, Şəmkir şəhəri Ə. Cavad adına tam orta məktəbin müəllimi Elnur Xudiyev “Tərəqqi”  medalı ilə təltif edilmişdir.
Rayonun səhiyyə sistemində 11 xəstəxana, 32 həkim məntəqəsi, 27 tibb məntəqəsi, 1 təcili təxirəsalınmaz tibbi yardım stansiyası, 1 stamotoloji poliklinika, Gigiyena və Epidemiologiya mərkəzi əhaliyə tibbi xidmət göstərir.
Səhiyyə müəssisələrində  384 həkim, 1225 nəfər orta  tibb işçisi çalışır.
Tibb heyyətinin köməyi ilə bir sıra xəstəliklərin müalicəsi rayon daxilində həyata keçirilir. Qonşu rayonlardan olan xəstələrin əksəriyyəti Şəmkir rayonunun səhiyyə müəssisələrində müalicə olunur.
Rayonun səhiyyə müəssisələrində 1600 nəfər  xəstə üzərində uğurlu cərrahiyyə əməliyyatı aparılmışdır.
Tibb müəssisələrində 2645 nəfər uşaq doğulmuşdur, bir yaşa qədər uşaqlar arasında 3 ölüm hadisəsi qeydə alınmışdır. Ana ölümü hadisəsi olmamışdır.
Müxtəlif ixtisaslar üzrə  53 nəfər həkim, 87 nəfər orta tibb işçisi Bakı şəhərində ixtisasartırma və təkmilləşdirmə kurslarında iştirak etmişdir.
      Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2013-cü il tarixli sərəncamı ilə Şəmkir Rayon Mərkəzi xəstəxanasının tikintisi üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ilkin olaraq 3 milyon manat vəsait ayrılmışdır.  Xəstəxana Kompleksinin tikintisi ilə bağlı Şəmkir şəhəri ərazisində   torpaq sahəsi ayrılmışdır. Yaxın günlərdə Xəstaxana Kompleksinin tikintisinə başlanılacaqdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Şəmkir rayonunda əhalinin tibbi müayinəsini mütəşəkkil qaydada keçirilməsini təmin etmək məqsədilə Şəmkir rayon İcra Hakimiyyəti Başçısının 10 fevral 2014-cü il tarixli 26 nömrəli sərəncamı ilə tərkibi 15 nəfərdən ibarət olmaqla komissiya yaradılmışdır. Rayon İcra Hakimiyyəti  Başçısının nəzarəti və komissiya üzvlərinin fəallığı nəticəsində 2014-cü ilin fevral ayının 17-dən may ayının 1-nə dək yaşı 18-dən yuxarı 129 min 848 nəfər rayon sakini tibbi müayinədən keçmişdir. Tibbi müayinədən keçən vətəndaşlardan 963 nəfəri stasionar müalicəyə, 10 min 135 nəfər ambulator müalicəyə cəlb olunmuş, 111 nəfər müayinə və müalicə üçün Gəncə və Bakı şəhərlərində yerləşən tibb müəsisələrinə göndərilmişdir.
Tibbi müayinəni yüksək səviyyədə təşkil etdiklərinə görə 9 nəfər Şəmkir rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif edilmişldir.
Rayonun Mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılmışdır.
Şəmkir rayon Mədəniyyət və Turizim şöbəsi tərəfindən rayonda həyata keçirilən mədəni kütləvi tədbirlərin keyfiyyəti yaxşılaşmışdır.
Heydər Əliyev Mərkəzinin fəaliyyəti xeyli genişlənmişdir. Mərkəzdə Ümummilli  Liderin  irsinin öyrənilməsi, gənclərin vətənpərvərlik tərbiyəsi və digər kütləvi tədbirlərin keçilməsi ənənə şəklini almışdır.
       Heydər Əliyev Mərkəzində xüsusi proqram əsasında müasir Azərbaycan tarixi  ilə bağlı qabaqcıl müəllimlərdən ibarət qrup yaradılmış və təlim prosesi uğurla həyata keçirilmişdir. Müasir Azərbaycan tarixi  dərslərinin tədrisində səmərəli fəaliyyətlərinə görə rayonun 5 nəfər qabaqcıl tarix müəllimi Şəmkir rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif edilmişldir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən gənclərə göstərilən diqqət və qayğıya uyğun olaraq rayonda gənclərin asudə vaxtlarının təşkili, onları narahat edən problemlərin həlli ilə bağlı tədbirlər davam etdirilmişdir.
Şəmkir şəhərində fəaliyyət göstərən  “Zəka” Gənclərin İntellektual İnkişaf  və Yaradıcılıq Mərkəzi rayon gənclərinin asudə vaxtlarının səmərəli keçməsində və onların yaradıcılıq imkanlarının genişlənməsində mühüm rol oynayır.
“Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində rayon məktəbləri arasında rəsm, əl işləri və heykəltaraşlıq ekspanatlarından ibarət sərgilər, məşhur yazıçı və şairlərin kitablarının təqdimatları, intellektual oyunlar və digər tədbirlər keçirilmişdir. Mərkəzdə kompyuter, şahmat, rəsm və təsviri incəsənət, dekorativ tətbiqi sənət,  ingilis, alman, rus dilləri üzrə kurslar faliyət göstərir.
Hər həftənin bazar günləri  “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində respublikanın ali məktəblərinin tələbələrinin iştirakı ilə “parlaq zəka” intellektual oyunları keçirilir.
        Həmin    oyunlar “AZ TV 1” televiziya kanalında nümayiş etdirilir.
Rayon gəncləri boş vaxtlarının əksər hissəsini Şəmkir Olimpiya idman kompleksində keçirməklə idmanın  sərbəst güləş, karate, üzgüçülük və bir sıra digər idman növləri ilə məşğul olurlar.
Qeyd etməliyəm ki, son vaxtlar rayonda gənclərin idmanın sərbəst güləş növünə olan marağı xeyli artmışdır.Şəmkir şəhərində yerləşən güləş məktəbində gündəlik  270 nəfərədək yeniyetmə və gənc idmanın bu növü ilə məşğul olur.
Şəmkir şəhərində aprel ayının 19-dan 30-dək olan müddətdə məşhur Azərbaycan şahmatçısı mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq  şahmat turniri yüksək səviyyədə təşkil olunmuşdur. Həmin turnirin keçirildiyi dövrdə Şəmkir rayonunun son illər qazandığı naliyyətlər beynəlxalq və respublika səviyyəsində geniş təbliğ edilmişdir.
Rayonda gənclərin ordu sıralarına hazırlığına diqqət artırılmışdır.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsi  tərəfindən gənclərin  həqiqi hərbi xidmətə göndərilməsi tapşırığı vaxtında yerinə yetirilmişdir. Çağırış  yaşlı gənclər arasında çağırışdan yayınma halları qeydə alınmamışdır. 
Rayonda dini durum sabit olaraq  qalmış,  dini qurumların fəaliyyətində qanuna zidd heç bir hadisə qeydə alınmamışdır.
Rayonda rəsmi mətbuat orqanlarına, eləcədə  digər  qəzet və jurnallara abunə yazılışı  diqqət mərkəzində  saxlanılmışdır.
“Şəmkir” qəzetinin  ayda bir dəfə  çıxması  təmin edilmişdir.

                                          Hörmətli yığıncaq  iştirakçıları!

Şəmkir rayonu Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində  gündən-günə inkişaf edir, daha da abadlaşır və gözəlləşir.
Şəmkir rayonunun iqtisadiyyatının inkişaf etdirilməsi üçün bir sıra mühüm layihələrin həyata keçirilməsi  nəzərdə tutulmuşdur. İnanıram ki, bu layihələr icra olunduqdan sonra Şəmkirin gələcəyi daha gözəl olacaq.
Şəmkir rayon İcra Hakimiyyəti  Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevi əmin edir ki, şəmkirlilər Prezidentimizin siyasi kursuna uyğun olaraq rayon iqtisadiyyatının dinamik inkişafı və əhalinin sosial vəziyyətinin yaxşılaşması üçün daim məqsədyönlü işlər görəcək.
                                                  Diqqətinizə görə sağ olun !

  Sonra məruzə ətrafında Şəmkir Rayon üzrə Maliyyə idarəsinin rəisi Məhəmmədəli   Seyfullayev, Ekologiya  və Təbii  Sərvətlər  Nazirliyinin 2 saylı ərazi idarəsinin rəisi Salman Mehdiyev və Şəmkir  rayon İcra Hakimiyyəti Başçısı Aparatında   Ərazi idarəetmə   və  yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Abdulla Sadıqov  çıxış edərək müvafiq sahələr üzrə məlumat vermişlər.

Keçidlər