Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir rayonunda Torpaqların Elektron Kadastr Uçotu işlərinin yekunlaşması ilə bağlı tədbir keçirildi

22 fevral 2019 | 16:00

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması sahəsində işlər davam olaraq fevralın 22-də Şəmkirdə bu sahədə görülən işlər, əldə olunan nəticələr və rayon üzrə torpaqların real vəziyyətini əks etdirən sistemin istifadə qaydaları barədə tədbir keçirilib.

İctimai təqdimatda Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev, komitənin tabeli qurumlarının, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının, bələdiyyələrin nümayəndələri iştirak edib.

Təqdimatda layihənin üstünlükləri, əldə olunan nəticələrin torpaq idarəçiliyində rolu, gələcək perspektivləri və vətəndaş üçün yaradacağı imkanlar müzakirə olunub.

Şəmkir rayonunda torpaqların elektron kadastr uçotu işlərinin yekunlaşması ilə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin də dəqiq sərhədləri, istifadə təyinatı və miqyası müəyyənləşib. Tədbir çərçivəsində uçot işinin nəticəsi olaraq hazırlanmış Şəmkir rayonunun bələdiyyə, həmçinin torpaqların bonitirovka və iqtisadi qiymətləndirmə xəritələri də nümayiş etdirilib.

Torpaqların elektron kadastr uçotu nəticəsində vətəndaşların istifadəsinə verilmiş pay torpaqları ilə bağlı dəqiq məlumatlar əldə olunub. Əldə olunan kadastr nəticələri torpaqların hüquqmüəyyənedici sənədlərdəki texniki göstəriciləri ilə bağlı uyğunsuzluqları nizama salmağa şərait yaradır.

Keçidlər