Şriftin ölçüsü :

Saytın rəngi :

İCRA BAŞÇISINA TƏŞƏKKÜR ETMƏK ÜÇÜN QƏBULA GƏLDİLƏR

07 dekabr 2018 | 16:00

Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov vətənaş qəbulu keçirib.

Qəbulda 86 nəfər rayon sakininin şikayət və təklifləri dinlənilib.

Müraciətlər arasında sosial yardım, işlə təminat, vətəndaşlara torpaq sahələrinin verilməsi, məsələlər üstünlük təşkil edib.

Qəbulda təşəkkür etmək üçün gələnlər də var idi. Belə ki, Şəmkir Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə yaradılan yerli gənc sahibkarlardan ibarət "Xeyriyyəçi Sahibkarlar Birliyi"nin rayonda aztəminatlı ailələrə göstərdikləri dəstəyə görə bir qrup sakin icra başçısına dərin təşəkkürlərini bildiriblər.

Bir çox məsələlər yerindəcə öz həllini tapıb. Digər problemlərin araşdırılaraq aradan qaldırılması üçün aidiyyatı qurum və məsul şəxslərə müvafiq tapşırıqlar verilib.

Göstərilən diqqət və qayğıdan məmnunluq bildirən vətəndaşlar prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.

Keçidlər